“…275 MANAT QƏNAƏT ETDİM, 42 000 MANAT İTİRDİM”
Məşhurlar İlya İlf və Yevgeniy Petrov “Qızıl dana” əsərində yazırdılar – “Sığorta hadisəsi baş verdikdə sığorta polisi kimi heçnə bu qədər ucuz və bu qədər dəyərli olmur”. Bu sözlər XXI əsrdə də aktualdır, çünki indiyədək təbii fəlakətlərin gücünü dəqiq müəyyən etmək olmur, o ki qaldı bədbəxt hadisələr.
Belə misallardan biri – sentyabrın 23-də Bakıya yağan güclü leysandır. Bir neçə saat ərzində aylıqnormanın 197,7%həcmində yağıntı düşmüş və paytaxtın bir sıra rayonlarını su basmışdı. Nəticədə yaşayış evləri, kommersiya obyektləri ziyana uğramışdır. Zərər dəymiş obyektlər arasında vətəndaşların daşınan və daşınmaz əmlakları olmuşdur.
Azərbaycanda yaşayış və qeyri-yaşayış obyektlərinin sığortası icbari sığorta növlərinə aiddir, lakin, təəssüflər olsun ki, heç də bütün vətəndaşlar bu xidmətin faydalı və lazımlı olduğunu qəbul etmirlər.
Əmlakın sığortalanmasının real faydası haqqında AZSIĞORTA şirkətinin İdarə Heyətinin Sədri Anar Talıbov konkret misallar üzərində danışıb. AZSIĞORTA ölkədə 2006-ci ildən fəaliyyət göstərir,ən stabil və çoxprofilli şirkətlərdən biri hesab olunur və bu sahədə böyük təcrübə toplayaraq əmlakın sığortalanmasında uğur qazanıb.
“Son bir neçə ildə Azərbaycanın regionlarında 2 zəlzələ, bir neçə daşqın və təbiətin başqa sürprizləri baş vermişdir. Biz fəlakətin çılğınlığına əmlakları bizdə sığorta olunan vətəndaşlara operativ ödənişlərlə cavab veririk. Sentyabrın 23-də Bakıya yağan leysandan sonra da bizim əməkdaşlar gücləndirilmiş iş rejimində işləyərək cəmi 5 gündənsonra ödənişlərin həyata keçirilməsinə başladılar. AZSIĞORTA-ya 40-a yaxın müvafiq sorğu daxil olub. Təxmini hesablamalara görə vətəndaşların sığortalanmışəmlaklarına dəymiş zərər 350-400 min manat civarındadır.
Ancaq mən indi öz əmlakını sığortalamış və bizdən ödəniş almış insanlardan deyil, leysanınqəfildən pis vəziyyətdə qoymuş vətəndaşlar haqqında danışmaq istəyirəm. Bu vəziyyəti artıq birinci dəfə deyil ki, müşahidə edirik.Bir vətəndaş sığorta ödənişi alır, onun sığortaya inanmayan qonşusu isə bədbəxt hadisə ilə üz-üzə qalır. Bu dəhşətli mənzərədir. İnsan əziyyətlə qazandığı hər şeyi bir anda itirir. Təəssüflər olsun ki, bizə ancaq heyfslənmək qalır.
Lakin elə insanlarda var ki, vəziyyətlərisığortalanmayanlardano qədər də yaxşı deyil. Bunlar öz mülklərinin bir hissəsini sığortalamış vətəndaşlardır və belələri az deyil. Onlardan birinin sözləri uzaqgörən olmamağın ağırlığını bütünlüklə göstərir – “mən sığortada 275 manat qənaet etdim, lakin 42 000 manat itirdim”.
Məsələ belədir – sığorta məbləğinin 350 manatdan 75 manatadək aşağı salmaq üçün vətəndaş öz mülkinin qiymətini 120 000 manatdan 20 000 manatadək salmışdır. O anda 275 manat qənaət etmək ona düzgün qərar kimi görünürdü. Sığorta hadisəsi baş verdikdə isə o, həmin 20 000 manat həcmində maksimal sığorta ödənişini almışdır. Lakin əmlaka dəymiş zərər isə 62 000 manat idi. Nəticədə vətəndaş 42 000 manat məbləğində ziyanda olmuşdur. Buna xəyali qənaət deyirlər.
Bilirsiz,bu uzaqgörən olmamaq deməkdir, çünki, sığortanın qiymətikifayət qədər əlverişlidir, xüsusilədə bu qiyməti sığorta təminatının məbləği ilə müqayisə etsək. Məsələn, Bakıda mənzilin icbari sığortası ildə 50 manat olduğu halda,sığortatəminatı məbləği 25 000 manatadəkdir. İldə 50 manat, gündə 14 qəpikdənaz deməkdir. Razılaşın ki, bu olduqca əlverişlidir.
İnsanlar indiyədək sığorta sisteminə məhəl qoymurlar. Bunun da əsas səbəblərindən biri onlarda kifayət qədər məlumatın olmamasıdır. Qeyd etmək istəyirəm ki, məsləhət üçün hər zaman bizim Məlumat Mərkəzinə – *6565 nömrəsinə zəng vurmaqla, və ya (050) 290-12-10 WhatsAppnömrəsinə yazmaqlamüraciət etmək və bütün məlumatları əldə etmək olar.Lazım gəldikdə bizim əməkdaşlar vətəndaşın olduğu yerə gəlib, yerlərdəməsləhət verməyə hazırdırlar.
İkinci səbəb – sığorta şirkətlərinə qarşı inamsızlıqdır. Əlbəttə, özünə hörmət edən sığorta şirkətləri insanların etibarlarından sui-istifadə etməyir. Onlar üçün şirkətin nüfuzu və müştərilər ilə uzunmüddətli etibarlı münasibətlər hansısa ani qazancdandaha üstündür. Lakin təəssüflər olsun ki, bütün sahələrdə olduğu kimi, sığortada da vicdansız insanlar var. Amma son bir neçə ildə demək olar ki, bu problem həllini tapıb və Azərbaycan vətəndaşlarının maraqları çoxsaylı səviyyələrdə qorunur. Birincisi, ölkədəki sığorta şirkətləri dəqiq normativlərə və tələblərə cavab verməlidirlər; ikincisi, sığortaçıların fəaliyyətinə qanun çərçivəsində tənzimləyici – Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət edir. Digər qarantlar sırasında lazım olduğu halda məhkəmələr var. Yəni, vətəndaşların hüquqlarının qorunması alətləri çoxdur və onlar sığortaya etibarın yüksəldilməsinə xidmət edirlər”, deyə A. Talıbov bildirib.
AZSIĞORTA şirkətinin İdarə Heyətinin Sədri Anar Talıbov hesab edir ki, Azərbaycanda sığorta işləyir. Əsassız olmamaq üçün o, sığorta ödənişləri üzrə AZSIĞORTA-nın real işini göstərən statistik məlumatları qeyd edib.
Ancaq bu ilin doqquz ayı ərzində əmlakın sığortalanması üzrəbiz 1,7 milyon manatdan çox sığorta ödənişləri həyata keçirmişik. Bu yaxınlarda isə biz, qida sahəsində fəaliyyət göstərən şirkətlərin birində qısa-qapanma nəticəsində yanğın baş verməsi nəticəsində 922 min manat məbləğində sığorta ödənişi həyata keçirmişik.Bu, ölkənin sığorta tarixində ən böyük ödənişlərdən biridir, bizim şirkətin fəaliyyətində isə ən böyük ödənişdir.
Fürsətdən istifadə edib sıravi vətəndaşları təşviq etmək istəyirəm – əgər sizinyaşayış və ya qeyri-yaşayış mülkünüz varsa, onun taleyinə laqeydyanaşmayın, öncədən onun qayğısına qalın. Misal olaraq, bu yaxınlarda Bakıda baş verən leysan aydın göstərdi ki, öz mülkünü qorumaq üçün ən məqbul yol – onu sığortalamaqdır.”
Sonda ağıllı insan, Böyük Britaniyanın baş-naziri Uinston Çörçilin sözlərini dilə gətirmək istəyirəm: “Mən sığorta haqlarını ödəyərək müflisləşən bir ailə də tanımıram, amma bunu etməyən və müflis olan ailələri tanıyıram”.Bu dünyanın istənilən sivil ölkəsi, o cümlədən Azərbaycan üçün aktualdır.