IdmanTəqdimatTəqdimat

40 şahmatçı Çexiyaya yollanır

Avqustun 22-də Çexiyanın paytaxtı Praqada uşaq və yeniyetmə şahmatçılar arasında Avropa çempionatına start veriləcək. 40-dan çox ölkədən şahmatçılar 8-dən 18 yaşa qədər olan kateqoriyalarda medallar uğrunda mübarizə aparacaq.

Qitə çempionatında ötən ilin Avropa çempionları Rüstəm Rüstəmov, Mehriban Əhmədli, Məhəmməd Kazımzadə, bürünc medalçı Səadət Bəşirli o cümlədən Paşam Əlizadə, Lalə Hüseynova, Şiroğlan Talıbov, Tunar Davudov, Zəhra Allahverdi, Əhməd Hüseynov və digərləri iştirak edəcək. Ümumilikdə Azərbaycan nüfuzlu yarışda 40 şahmatçıyla təmsil olunacaq.

Qeyd edək ki, yarışa avqustun 31-də yekun vurulacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!