EventsIqtisadiyyatMobil dünyaTəqdimat

Bakıda Palo Alto Networks tərəfindən geniş miqyaslı kiber təhlükəsizlik haqqında təqdimat keçiriləcək

Kiber təhlükəsizlik qərarlarının istehsalçısı olan Palo Alto Networks BAKOTECH distribyutor dəstəyi ilə 2022-ci ildə Bakı Kiber Təhlükəsizlik Forumunu keçirəcək. Tədbir oflayn formatda, 23 iyun, Bakı şəhərində, JW Marriott Absheron Baku otelində keçiriləcək.

Tədbirdə sahə mütəxəssisləri korporativ kiber təhlükəsizliyinin müasir çağırışlarını, bir platforma vasitəsilə, o cümlədən Palo Alto Networks həlləri əsasında effektiv müdafiə sisteminin qurulması imkanlarını sıralayacaqlar. Söhbət Palo-Alto Networks-un STRATA,Cortex XDR və Prisma  kimi məhsullarından gedir.

Tədbir IT/IB menecmentinə (CIO, CISO, CTO, CSO), bank, telekommunikasiya, neft sahəsi, hökumət, habelə logistika sahəsində işləyən informasiya təhlükəsizliyi mütəxəssislərinə faydalı olacaq.

Bu il forumun əsas mövzuları:

IT infrastrukturunda daimi dəyişikliklər, kadr çatışmazlığı və CISO-ya olan digər çağırışlar – bununla nə etmək olar

Vahid platforma bazasında endpoint, şəbəkə və bulud infrastrukturu qorunmasını qurmaq mümkündürmü

Infrastrukturun və məlumatların qorunması üçün səmərəli həllər. Tətbiq təcrübəsi

Spikerlər və məruzələr:

Palo Alto Network: kiber təhlükəsizlik trendləri ( Vedat Tüfekçi, baş direktor, Palo Alto Networks)

CXO Challenge ( Haydar Paşa, Təhlükəsizlik üzrə baş direktor və baş işçi, Palo Alto Networks)

STRATA: Ilk ML-powered NGFW ilə güzəştsiz şəbəkə təhlükəsizliyi( spiker- Aleksandr Krasyukov- Böyük satış mühəndisi, Bakotech)

STRATA NGFW ilə keys müştəri təcrübəsi

CORTEX-in texniki sessiyası

Prisma SASE-in müasir şəbəkələrdə və istifadə ssenarilərində rolu(Orxan Həbibzadə, sistem mühəndisi, Palo Alto Networks)

Panel müzakirəsi (açıq mikrofon)

Tədbirdə hər biri özünəməxsus təcrübəyə malik olan aparıcı kiber təhlükəsizlik mütəxəssislərini bir araya gətirəcək. Buna görə də, məruzələrlə yanaşı, tədbir məhsuldar netvorkinq ilə də faydalıdır, bunun sayəsində qonaqlar biliklərini bölüşə və başqalarını qəbul edə biləcəklər. Iştirakçıları bütün gün interaktiv aktivliklər, məruzələr, netvorkinq, panel müzakirələri və keys nümayişləri gözləyir və bütün bunlar qonaqların maksimum fayda əldə etməsi və yorulmaması üçün planlaşdırılıb.

Tədbirdə iştirak etmək üçün bu linkdən qeydiyyatdan keçə bilərsiniz: https://bit.ly/3Nq6bd7

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!