FashionPR-TanıtımTəqdimat

5-ci Fashionİst 2018 beynəlxalq gəlinlik və ziyafət geyimləri sərgisi keçirilib

4-6 dekabr 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində Siyener Holdinqin təşkilatçılığı ilə 5-ci Fashionİst 2018 beynəlxalq gəlinlik və ziyafət geyimləri sərgisi keçirilib.

Siyener holdinqin rəhbəri Ali Bulut açılış nitqində bildirib ki, tekstil sektoru Türkiyənin illik ixracatının əsas tərkib hissəsini təşkil edir və hər il sərgiyə maraq göstərən ziyarətçilərin sayı artmaqdadır.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin dəvəti cə təşkilatçılığı ilə bir qrup iş qadını sərgidə ziyarətçi qismində iştirak etmişlər.

Moda və geyim sektorunda “Made in Azerbaijan” brendini ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda uğurla təmsil edən azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, “Sahibkar iş qadınları” İctimai Birliyinin sədri Zemfira Ağayeva və s. iş qadınları son model gəlinlik və ziyafət geyimləri ilə tanış olmuş, bir sıra markalarla ikitərəfli əməkdaşlıq memarandumu imzalanmışdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!