Qəbələ Atıcılıq Mərkəzində keçirilən III MDB Oyunları çərçivəsində Azərbaycan atıcıları uğurlu çıxış ediblər. Yarışlarda stend atıcılığı üzrə qadınların səngər növündə Nərmin Cəfərova, kişilərin səngər növündə isə Mürtəza Novruzlu gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil ediblər.

