IqtisadiyyatSosialTəqdimat

Bakıda “İnsan alverinə qarşı mübarizədə cinayət təqibi orqanlarının rolu” mövzusunda iki günlük beynəlxalq seminar keçirilir

Beynəlxalq seminar insan alveri ilə bağlı cinayət işləri üzrə yanaşmaları və ən yaxşı təcrübələri bölüşmək üçün cinayət tətbiqi orqanlarının əməkdaşlarını bir yerə toplayır

2019-cu il 3-4 aprel tarixlərində Bakıda “İnsan alverinə qarşı mübarizədə cinayət təqibi orqanlarının rolu” mövzusunda iki günlük beynəlxalq seminar keçirilir.Seminar Avropa İttifaqı (Aİ) və BMqT-nin İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda İnsan alverinə qarşı mübarizə üzrə milli potensialın gücləndirilməsi” (ENCT) layihəsi çərçivəsində təşkil olunmuşdur.

Beynəlxalq seminarda yerli və xarici iştirakçılar, Şərq Tərəfdaşlığı ölkələrinin ekspertləriinsan alveri ilə bağlı cinayət təqibinə dair yanaşma, metod və qabaqcıl təcrübələrlə, həmçinin müxtəlif perspektivlərdən mənşə, təyinat və tranzit ölkələrin üzləşdiyi çağırışlarla tanış olmaq, fikir mübadiləsi aparmaq və Aİ ekspertlərinin, həmçinin Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin qabaqcıl təcrübələrini, proqramlarını və metodlarını öyrənmək imkanı əldə edəcəklər. Bundan əlavə, seminarın məqsədi insan alverinə qarşı mübarizədə sərhədlərarası əməkdaşlıq və informasiya mübadiləsini gücləndirmək üçün iştirakçılar arasında şəbəkənin yaradılmasına töhfə verməkdir.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin müşavir elçisi xanım SimonaQatti Avropa İttifaqının insan alverinə qarşı mübarizədə rolunu və öhdəliyini vurğuladı. Xanım Qatti insan alverinə qarşı mübarizə sahəsində mühüm işlər görmüş Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirmiş və cinayət tətbiqi orqanlarının daha çox dəstək və təkmilləşdirmə tələb edən sahələrdən olduğunu vurğulamışdır.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Missiyasının rəhbəri Vladimir Qyorqiyev bildirib ki, beynəlxalq seminar “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların gücləndirilməsi” (ENCT) layihəsinin bir hissəsidir. Layihənin məqsədi Avropa hüququna və beynəlxalq standartlara uyğun olaraq insan alverinə qarşı mübarizə, insan hüquqları və fundamental azadlıqlarla bağlı hüquqi müddəaların şərhinə və tətbiqinə dəstək vermək üçün Azərbaycan Hökumətinin insan alveri və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirlərini dəstəkləməkdir.

O, yüksək səviyyəli beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən iki günlük seminarın cinayət təqibi orqanlarının işinə töhfə verəcəyini və onların insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması, qurbanların müdafiəsi, cinayətkarların təqibi və bu sahədə əməkdaşlıq strategiyasına uyğun potensiallarını artıracağına əmin olduğunu ifadə etdi.

Qeyd etmək lazımdır ki, layihənin yekun məqsədi insan alverinə qarşı effektiv mübarizə və insan alveri qurbanlarının müdafiəsi üçün Azərbaycan hökumətinin imkanlarını gücləndirməkdən ibarətdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!