Sosial

7 yaşlı Ayana dəstək məqsədi ilə xeyriyyə konserti keçirilir

Frame.az-ın məlumatına görə, tanınmış müğənnilər 7 yaşlı Beyləqan sakini Ayanın ayağa qalxması üçün aprelin 29-da bir araya gələcəklər. Saat 15.00-da Bakı Musiqi Akademiyasının nəzdində opera studiyasının konsert salonunda təşkil olunacaq xeyriyyə konsertinin keçirilməsində məqsəd balaca Ayanın əməliyyat olunmasına maddi yardım göstərməkdir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçiriləcək konsertdə iştirak etmək üçün biletləri şəhərin bütün mərkəzi kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək mümkündür.

Biletlərin qiyməti 5,10,15 manat təşkil edir.

Qeyd edək ki, Həsənalıyeva Ayan Ramil qızı “Dəqiqələşdirilməmiş gənclik artriti” xəstəliyindən əziyyət çəkir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!