EventsMədəniyyətSərgiTəqdimat

Bakıda “Neftin İrsi” adlı müasir süni intellekt sənəti sərgisi açılacaq

“Neftin İrsi” kolleksiyasının müəllifi və art-direktoru Nigar Manafli mühəndis-geoloqdur, geoloji kəşfiyyat ixtisası üzrə ali təhsil almışdır.

Peşəkar fəaliyyəti karotaj üzrə sahə mühəndisi kimi başlamış, yeddi il ərzində birbaşa Xəzər dənizində yerləşən platformalarda mürəkkəb texniki əməliyyatların icrasında iştirak etmişdir. Sonrakı mərhələdə qazma avadanlıqlarının texniki xidməti üzrə ilk qadın rəhbər kimi məsul və strateji rol icra etmiş, hazırda da bu vəzifəni davam etdirir.

Bu çoxillik sənaye təcrübəsi bu gün Nigar Manafli tərəfindən yaradılmış Nova Art NM çərçivəsində — onun müəllifi olduğu “Neftin İrsi” kolleksiyasında — müasir süni intellekt texnologiyalarının iştirakı ilə, kətan üzərində çap edilmiş əsərlərə çevrilir.

Sənaye mühiti ilə yaradıcı təfəkkürün kəsişdiyi bir layihədir. İllərlə sərt istehsal mühitində formalaşmış təcrübə bu gün süni intellektin köməyi ilə formalaşdırılan yeni bədii dil qazanır və sənayenin soyuq strukturlarını incəsənətə çevirir. 

Bu kolleksiya texnologiyanı, peşəkar bilikləri,  şəxsi yaddaşı bir araya gətirir. 

“Neftin İrsi” sənaye, təbiət, risk və insan dözümlülüyünün kəsişdiyi mühitdən doğan vizual yaddaş kimi, texniki biliklə şəxsi təcrübəni birləşdirir və sənaye irsini müasir vizual dilə çevirir.

Bu layihə Azərbaycanda süni intellekt sənətinin ilk ictimai təqdimatlarından biridir. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!