EventsMədəniyyətTəqdimat

“Klip kimi ömür”də bir araya gələcəklər

İyunun 3-də Heydər Əliyev Sarayında rejissor Nail Naiboğlunun kliplərini çəkdiyi müğənnilərin iştirakı ilə “Klip kimi ömür” adlı qala-konsert keçiriləcək.

Frame.az xəbər verir ki, gecədə Xalq artistləri Flora Kərimova, Nisə Qasımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Fidan Hacıyeva, Əməkdar artistlər Mətanət İsgəndərli, Ədalət Şükürov, Fərqanə Qasımova, Lalə Məmmədova, müğənnilər Samir Bağırov, Elnur Məmmədov, Samira AliMaryam, İzzət Bağırov, Xatun, Eldar Qasımov, Fahree, İlkin Dövlətov, Samirə Əfəndi, Mehin Hümbətova və başqaları çıxış edəcəklər. Konsertin qonaqları arasında türkiyəli müğənni Kiçik İbo da yer alacaq.

Gecənin aparıcılığı Əməkdar artist Nailə İslamzadəyə həvalə edilib.

Nail Naiboğlu bildirib ki, gecə də ulduzlar sevilən hitlərini 35 nəfərdən ibarət “Gramophone” estrada orkestrinin müşayiəti ilə canlı ifa edəcəklər. Dirijor Ellada Məmmədova, gecənin musiqi rəhbəri Xanın İsmayılqızıdır.

Rejissor bildirib ki, konsert üzərində 100 nəfərdən ibarət yaradıcı heyət çalışır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!