Elçin Kərimov: Azərbaycanın mədəni irsi və turizm sahəsində ixtisaslaşmış ekspert
Elçin Kərimov – mədəni irs və turizm sahəsində yeddi ildən artıq təcrübəyə malik, yerli və beynəlxalq layihələrdə, o cümlədən UNESCO səviyyəsində uğurla çalışmış elmi konsultantdır. O, ölkə daxilində mədəni və təbii irsin qorunması, turizm təyinatlı istifadəsi, eləcə də bu sahədə strateji sənədlərin hazırlanmasında aktiv rol alıb.
Dövlət və özəl sektorlarla əməkdaşlıq çərçivəsində Elçin Kərimov tarixi abidələrin qorunması ilə yanaşı, onların səmərəli və davamlı istifadəsini, turizmin inkişafı yolu ilə abidələrin və turizm əhəmiyyətli ərazilərin özünü maliyələşdirməsini təmin etməsini hədəf alan layihələr həyata keçirir. Onun yanaşmasında təbiət irsinin qorunması və məsuliyyətli turizmin təşviqi də xüsusi yer tutur.
Ekspertin təqdim etdiyi əsas xidmətlər:
• Tarixi abidələrin və irs ərazilərinin dəyərləndirilməsi, konservasiya və idarəetmə planlarının hazırlanması;
• UNESCO-nun Dünya İrsi üzrə nominasiya və hesabat sənədlərinin tərtibi;
• Mədəni və təbiət irsinin turizm məqsədli istifadəsi üzrə elmi və analitik xidmətlər.
Elçin Kərimov hazırda özəl sektorda bu sahə üzrə ixtisaslaşmış az sayda yerli mütəxəssislərdən biri kimi fəaliyyət göstərir. Onun Avropa və ABŞ-da aldığı təhsil, eləcə də beynəlxalq layihələrdə iştirakı, təqdim etdiyi xidmətlərin yüksək elmi-metodik baza üzərində qurulmasına imkan verir.
Qeyd edək ki, Elçin Kərimov rəhbərlik etdiyi ekspert komandası ilə birlikdə bu sahədə daha keyfiyyətli və kontekstə uyğun nəticələr təqdim etməyi qarşısına məqsəd qoyur.

