EventsTəqdimat

“Nine Senses” yaradıcılıq və incəsənət mərkəzinə press tur təşkil olunub

Hər birimizin daxilində əsasən ușaqlıq yașlarımızda, inkișaf dövrümüzdə özünü göstərməyə bașlayan yaradıcılıq qığılcımı yașayır.

Amma yașa dolduqca da ilham alaraq yaratmağa, incəsənətə və özünüifadəyə yer ayırmağa dəyər və artıq Bakıda bunun üçün xüsusi məkan var.

“Nine Senses” yaradıcılıq və özünüinkișaf üçün nəzərdə tutulmuș yeni sənət mərkəzidir. Sənət mərkəzinin məqsədi müxtəlif yașlarda və fərqli peșələrə sahib incəsənət həvəskarları üçün rahat və harmoniya ilə iç-içə olan məkanın yaradılmasıdır. “İçindəki sənətkarı oyat” sloqanı əslində sənət mərkəzinin ab-havasının əks etdirir, çünki burada öz hisslərini üzə çıxara, daxilindəki ușağa sərbəstlik verə, özünü ifadə edə bilərsən.

Dünən bir qrup media nümayəndələri üçün mərkəzə tanıtım turu təşkil olundu.

Media nümayəndələri mərkəzdə açılmış sərgi ilə yaxından tanış oldular.

Qeyd edək ki, “Nine Senses” incəsənət mərkəzi müxtəlif yaşlı və fərqli fəaliyyət növləri ilə məşğul olan şəxslər üçün maarifləndirici və əyləncəli proqramlar, tədbirlər və sərgilər təklif edən yaradıcılıq məkanıdır. Mərkəzdə müasir studiya və tədris otaqları, sərgi və tamaşa meydançaları, kafe və bir çox digər obyektlər mövcuddur. Burada fərdi və ya qrup, eləcə də ailəvi şəkildə yaradıcılıq fəaliyyətlərində iştirak etmək üçün imkanlar yaradılıb.

Məkanda aşağıdakı xidmətlər təklif olunur:

* Bütün yaş və bacarıq səviyyələri üçün incəsənət dərsləri və sənətkarlıq emalatxanaları;
* Əyləncəli həftəsonu proqramları;
* Uşaqlar üçün yay məktəbləri;
* Kino nümayişləri, teatr və rəqs tamaşaları;
* Sərgilər;
* Hədiyyə və yaradıcılıq ləvazimatları mağazası;
* Peşəkar inkişaf proqramları;
* Yaradıcılıq həvəskarları üçün görüş sahəsi.

Sonda mərkəzin nəzdində fəaliyyət göstərən “VİDA” kafenin şef aşbazı Metin Kadik tərəfindən hazırlanan sağlıqlı qida menyusunun dequstasiyası baş tutdu. Media nümayəndələrinə beş növ isti qida, müxtəlif sağlıqlı içkilər, eləcə də tərəvəzli desertlər təqdim olundu.

Günün sonunda tədbirdə iştirak edən qonaqlara Leyla xanım Əliyeva və şef aşbaz Metin Kadikin müəllifi olduğu “Şəkərsiz, amma şirin” adlı kitab hədiyyə olundu…

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!