Kənan Doğulu Bakıda konsert verdi
İyulun 27-də türk pop musiqisinin əfsanəsi Kənan Doğulu SEA BREEZE Resort-un yeni yay səhnəsində çıxış edib.
Musiqi karyerasında 10-dan çox albom çıxaran, hətta 2007-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində iştirak edən Kənan çoxsaylı pərəstişkarlarının qəlbini yenidən həyəcanlandırıb.
Gecə boyu sənətçi sevilən xitlərini səsləndirib.