IqtisadiyyatSosialTəqdimatƏn SonƏn Son

A-Qroup tənha yaşlılara yardım etdi

COVİD-19 infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi nəticəsində, risk qrupuna daxil olan yaşı 65-dən yuxarı şəxslər ictimaiyyətdən təcrid vəziyyətinə düşüblər. Yaranan vəziyyətə laqeyd qala bilməyən A-Qroup sığorta şirkəti yaşlı insanlara qayğı təşəbbüsü ilə çıxış edib.

Ölkə başçısı İlham Əliyevin çağırışına qoşulan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birgə A-Qroup 525 tənha ahıl insanın ərzaq məhsulları və gigiyenik vasitələrlə təmin edib.

Tənha yaşlılar – cəmiyyətimizin müdafiəyə ehtiyacı olan təbəqəsidir, hazırkı, vəziyyətdə məhz onların yardım və xüsusi diqqət ayırmaq lazımdır.

Unutmayaq ki, zaman keçəcək və həyatımızın bu çətin anı geridə qalacaq. İndi isə bu çətin anda bir-birimizə dayaq olaq!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!