Abunəçilər “Nar”-ın Müştəri xidmətinin fəaliyyətini yüksək qiymətləndirir
Müştəri xidmətlərinin davamlı inkişaf strategiyasına sadiq qalan “Nar” daimmüştərilərinə göstərdiyi yüksək xidmətləri ilə seçilir. Son nəticələrə əsasən,Cağrı Mərkəzinə müraciət etmiş abunəçilər üçün göstərilmiş xidmət səviyyəsi ilin əvvəli ilə müqayisədə 20% artıb. Çağrı Mərkəzinə müraciət etmiş “Nar” abunəçilərinin 88%-i onlara göstərilən müştəri xidmətlərini ən yüksək balla qiymətləndiriblər. Bu yüksək göstərici, “Nar” abunəçilərinə göstərilən xidmətlərinkeyfiyyətinin artırılması, eləcə də innovativ həllərin tətbiqi nəticəsində mümkün olub.
“Nar” abunəçiləri yüksəkkeyfiyyətli müştəri xidmətlərindən özlərinə rahat olan istənilən üsulla – Çağrı Mərkəzinə zəng etməklə, şəxsi kabinet, sosial şəbəkələr, SMS və elektron poçt üzərindən yazmaqla yararlana bilər.
Qeyd edək ki, Çağrı Mərkəzinə (777) zəng edən abunəçilərə göstərilən bütün xidmətlər sosial media üzərindən də təmin edilir. “Nar” öz müştəri xidmətlərini bilavasitə sosial media üzərindən təqdim edən ilk və yeganə mobil operatordur. Bunun üçün ayrılan xüsusi komanda yalnız sosial media üzərindən gələn sorğuları qısa zaman ərzində cavablayır. Abunəçilər bu xidmətlərdən istər nar.az internet səhifəsində olan şəxsi kabinetləri vasitəsilə, istərsə də “Facebook”, “Twitter” və digər sosial şəbəkələr üzərindən yararlana bilirlər.Belə ki, mobil operatorun abunəçiləri sosial şəbəkələrdən istifadə etməklə bir çox xidmətlərdən (tarifin dəyişilməsi, internet paketin artırılması, yeni xidmətlərə abunə olma və ya abunəliyin dayandırılması, nömrələr üzərində əməliyyat, gələn zənglər və mesajlar haqqında ətraflı məlumat, telefon, ruter və digər cihazların ayarlarının sazlanması, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.) yararlana bilirlər.
Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
Frame.az