“Acer” 14 düymlük ən yüngül noutbuku təqdim edir
“Acer” ən son “Intel® Core ™” prosessorları ilə təchiz olunmuş “Swift” noutbuklarının və “Aspire” stolüstü kompüterlərinin yenilənmiş modellərini təqdim edib (#NextAtAcer). Sürətli iş üçün nəzərdə tutulmuş “Acer Swift 5” və “Swift 3” noutbukları incə korpusları, zövqlü dizaynları, üstün performansları və daha uzunömürlü batareyaları ilə öncəki modellərdən bir pillə irəlidədir.
Sonuncu nəsil 14 düymlük “Acer Swift 5” öz sinfində ən az çəkiyə malik noutbukdur. Yenilənmiş modelin çəkisi cəmi 990 qramdır.
Zövqlü “Acer Swift 3” modeli uzun müddətli enerji saxlama funksiyası ilə diqqət mərkəzindədir. Yenilənmiş model 12.5 saat avtonom rejimdə çalışmaqla yanaşı, həm də qısa müddət ərzində yenidən enerji yığmaq kimi xüsusiyyətə malikdir. Belə ki, 30 dəqiqə ərzində toplanmış enerji sayəsində noutbuk avtonom rejimdə əlavə olaraq 4 saat da çalışa bilir.
Ən son “Intel® Core ™” prosessoru ilə təmin olunmuş“Acer Aspire C” kompüter modelində korpusun ekrana nisbəti 92%-ə qədərdir. Bundan başqa, bu model təhlükəsizlik və sağlamlıq baxımından öncəki modellərdən fərqlənir. Belə ki, istifadə olunmadığı halda kompüter kameralarının bağlamasına, HDMİ porta isə ikinci ekranı seçmək imkanı verir. Bundan başqa “Acer Vision Care” vasitəsilə istənilən yaş kateqoriyasına məxsus istifadəçilərin gözləri qorunur – “Acer Bluelight Shield” mavi rəngin təsirini azaldır, “Flickerless” texnologiyası isə ekran əsməsini azaldır.
“Acer” həmçinin “NVIDIA Quadro” qrafik prosessorlu “ConceptD Pro” noutbuk xəttini təqdim edib. Xəttin aparıcı modeli “ConceptD 9 Pro” yalnız peşəkar yaradıcılar üçün deyil, həm də süni intellekt və proqram təminatçıları da nəzərə alınaraq hazırlanıb. Bu noutbuklar daha az vaxt itirməyə və daha çox iş görməyə imkan verən güclü 9-cu Gen Intel® Core ™ prosessorları ilə təmin olunub. Xəttə həmçinin “ConceptD 7 Pro”, “ConceptD 5” və “ConceptD 3 Pro” modelləri də daxildir.
“Acer” oyunçuları da unutmayıb. Şirkətin təqdim etdiyi yeniliklər arasında kiber-idman platforması “Planet9” da yer alıb. “Planet9” oyunçulara öz komandalarını yaratmaq, məşq etmək və mübarizə aparmaq imkanı yaradır. Platforma həvəskar və professional oyunçuları bir araya gətirərək onlara öz zəif və güclü tərəflərini aşkarlamağa, həmfikirləri ilə ünsiyyət qurmağa və onlayn turnirlərdə iştirak etməyə şərait yaradır. Hazırda bu platforma bağlıdır. Platformanın 30 yanvar 2020-ci ildə aktivləşdiriməsi planlaşdırılır.
“Acer” haqqında:
1976-cı ildə qurulan “Acer” hazırda 160-dan çox ölkədə təmsil olunan informasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən biridir. “Acer”in fəaliyyəti texnologiya, proqram təminatı və xidmətlərin bir-biri ilə birləşəcəyi, istehlakçılar və biznes üçün yeni imkanlar açacaq mühitin formalaşdırılmasına hədəflənib. Xidmət yönümlü texnologiyalardan və əşyaların internetindən başlamış, oyunlara və virtual reallığa qədər 7000 işçisi olan “Acer” insanlar və texnologiya arasındakı maneələri aşan məhsul və həllərin araşdırılması, dizaynı, marketinqi, satışı və dəstəyi ilə məşğul olur. Daha çox məlumat üçün www.acer.com saytına daxil olun.