CinemaTəqdimat

İlqar Mikayıloğlu gənclərlə birlikdə “Özəl müharibə”də-foto

“ADDIM” Gənclər Təşkilatı və “Park Cinema” kinoteatrlar şəbəkəsinin birgə layihəsi olan “Cinemaya Addımla”nın budəfəki qonağı jurnalist İlqar Mikayıloğlu olub. Gənclərlə birlikdə “Özəl müharibə” filmini izləyən aparıcı sujet xəttinin təsirli və həm də maraqlı olduğunu qeyd edib.

“ADDIM” Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə isə belə görüşlərin davamlı olacağını və bundan sonra da dünya miqyaslı filmlərin eksklüziv nümayişinin təşkil olunacağını bildirib.

Qeyd edək ki, “Özəl müharibə” filminin ictimai baxışında Azərbaycanın ilk şəhid jurnalisti Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov, telejurnalist Şakir Eminbəyli, “ADDIM”ın fəal gənc üzvləri və mətbuat nümayəndələri də iştirak edib.
Artıq “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunan “Özəl müharibə” filminin rejissoru Matyu Haynemandır. Oskar mükafatına nominasiya olan bu ekran əsərində “Sunday Times” qəzetinin müxbiri Mari Kolvinin Şri-Lanka, İraq və Suriyadakı təhlükəli işindən danışılır. Baş rol ifaçısı Rosamund Payk həyatını baş verən dəhşətlərə həsr etmiş britaniyalı müxbir obrazını canlandırır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!