IqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

ADNSU və “Microsoft” arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və “Microsoft Azərbaycan” şirkəti arasında qarşılıqlı əməkdaşlığa və “Microsoft”un proqram təminatının lisenziyalaşdırılmasına dair saziş imzalanıb.

Sazişə əsasən, ADNSU-nun “Microsoft”məhsulları əsasında qurulan bütün İT-infrastrukturu tam lisenziyalaşdırılıb və nəticədə Universitetin 11 min tələbəsi üçün lisenziyalı “Windows”, “Office” və s. əlçatan olub.ADNSU Azərbaycanın ali təhsil ocaqlarının top-beşliyinə daxildir və ilk Universitetdir ki, İT-infrastrukturunu tam leqallaşdırıb.

“Tərəflər arasında imzalanan sazişin əsas məqsədi ADNSU-nun İT-infrasturkturunun tam leqallaşdırılması, tələbələr arasında eyni hüququ və maliyyə vəsaitlərinin səmərəli istifadəsini təmin etməkdir. Bu, həm də Universitetdə təhsilin rəqəmsal transformasiyasının bir hissəsidir. Eyni zamanda, saziş ADNSU-nun nəzdində olan “eazi START” inkubatorunda fəaliyyət göstərən gənc startaplara pulsuz proqram təminatı və bulud imkanlarından yararlanmaq və tələbələrə öz startaplarınıbeynəlxalq bazarlara çıxarmağa imkan yaradır. Onu da bildirmək istərdim ki, “Microsoft”un Azərbaycan üzrə Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir”, – deyə “Microsoft Azərbaycan” şırkətinin baş direktoru Sərxan Həşimov bildirib.

“Microsoft”un“Office 365” imkanları sayəsində ADNSU bütün müəllim və tələbə heyətini “Outlook” korporativ poçt, “OneDrive” fayl saxlancı, “Skype for Business” vasitəsilə audio-video konfranslarqurmaq kimi məhsullarla təmin edir.Bununla yanaşı, tədris prosesinin idarəetmə sisteminin “Azure” bulud məkanında yerləşdirilməsi Universitetin maliyyə xərclərini azaldır. Saziş sayəsindəbütün tələbə və müəllimlərlisenziyalaşdırılmış proqram təminatından pulsuz istifadə edə bilir. Bununla da Universitet müəllif hüquqlarına hörmət nümayiş etdirir və əqli mülkiyyət məhsullarının yaradılması üçün münbit zəmin yaradır.

“Biz “Microsoft” korporasiyası ilə onun informasiya resurslarının Universitetin təhsil proqramına inteqrasiyası sahəsində uzun illərdir əməkdaşlıq edirik. Sözügedən saziş bizim əməkdaşlığımızın uğurlu davamıdır. “Microsoft”un lisenziyalı proqram təminatından istifadəetməmiz təhsil fəaliyyətində İKT-dən yararlanmağımızı və Universitetin İT-infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tələbatlarımızın ödənilməsini təmin edəcək. Müxtəlif İT-servislər işimizdə bulud texnologiyalarından istifadə etməyimizə imkan yaradacaq ki, bu da bizə təhsil xidmətlərimizi daha effektli şəkildə təqdim etməyə şərait yaradacaq. Gələcəkdə bu saziş bizə distant təhsili tətbiq etməyə imkan verəcək”, – deyə ADNSU-nun rektoru, professor Mustafa Babanlı bildirib.

Bundan başqa, sözügedən saziş ADNSU tələbələrində istehsalçıların əqli mülkiyyət hüquqlarına hörmət mədəniyyətini tərbiyə etdirəcək.

“ADNSU-da kompüter texnologiyaları, proqramçılıq və İT ixtisasları üzrə təhsil alan 2 mindən çox tələbə mövcuddur. Gələcəyin mütəxəssisləri kimi onlar dərk etməlidirlər ki, fərdi inkişaf məhz özgəsinin işləyib hazırladığı bir şeyə hörmətlə yanaşmaqdan başlayır”, – deyə Mustafa Babanlı vurğulayıb.

Yaradıcılıq qabiliyyətinin və birgə iş bacarıqlarının inkişafı, habelə problemlərin həlli tələbələrin gələcək karyeraya hazırlanmasında mühüm rol oynayır. Tələbələri ilhamlandıran texnoloji həllər onları gələcəyə hazırlaşdırmaqda kömək edərək müəllimlərə dəstək olur. “Microsoft”un məlumatların təhlili, bulud texnologiyaları, iş bacarığı üzrə təhsil, mobillik və məhsuldarlıq üzrə həlləri müasir təhsilin tələbatlarını tam ödəyir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!