FinansIqtisadiyyatTəqdimatƏn Son

“AFB Bank”yeni innovativ məhsulunu təqdim edib

AFB Bank fərdi sahibkarlar və hüquqi şəxslər üçün nəzərdə tutulmuş yeni invoys maliyyələşdirilməsi məhsulunu təqdim edir.

Azərbaycanda nadir banklarda tətbiq edilən yeni xidmətin üstünlüyü heç bir girov tələb olunmaması və lazım olan pul vəsaitinin vaxt itirmədən əldə olunmasıdır.

Maliyyələşdirmənin minumum məbləği 300 AZN, maksimum məbləği isə invoys məbləğinin ƏDV xaric 100% – nə qədər təşkil edir.

“Yeni təqdim etdiyimiz invoys maliyyələşdirilməsi çox effektiv və innovativ bir məhsuldur. Bu, girovsuz, daşınmaz əmlak təminatsız maliyyələşmə məhsullarından biridir.Yeni məsul vasitəsilə bir müştəri başqa bir müştəriyə satdığı malın və ya göstərmiş olduğu xidmətin dəyərini onun vaxtını gözləmədən, tezbir zamanda ala biləcək.Bunu Azərbaycanda tətbiq edən nadir banklardan biridə “AFB Bank”-dır,”- deyə A.Hüseynov bildirib.

2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Müştərilərinə bütün növ bank xidmətləri və məhsulları təklif edən “AFB Bank-ın ölkə üzrə ümumilikdə 11 filialı və 5 şöbəsi fəaliyyət göstərir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!