AFFA futbol azarkeşlərinə müraciət edib
AFFA futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də keçiriləcək Azərbaycan-Çexiya oyunu ilə əlaqədar azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə tədbirlər görür.
Frame.az AFFA-ya istinadla xəbər verir ki, qarşılaşmanı izləmək üçün stadiona şəxsi nəqliyyat vasitələri ilə gələcək azarkeşlər avtomobillər üçün nəzərdə tutulmuş dayanacaqdan istifadə edə biləcəklər.
Azərbaycan-Çexiya matçı oktyabrın 5-də saat 20.00-da start götürəcək.