AFRA İdarə Heyəti ilə Milli Məclisin deputatları arasında görüş keçirilib
Azərbaycan Pərəkəndə Geyim İdxalçıları Assosiyasiyasının (AFRA) İdarə Heyəti ilə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitənin digər üzvləri arasında görüş keçirilib.
AFRA İdarə Heyətinin sədri Fərid Novruzi və üzvlər, hazırda pərakəndə geyim idxalı sahəsində fəaliyyət göstərən sahibkarların mövcud problemlərini səsləndirmişdilər, onların həlli yolları, eləcə də, müvafiq qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər barədə müzakirələr aparmışdılar.
Görüşün nəticəsi olaraq, tərəflər belə görüşlərin mütəmmadi keçirilməsi, mövcud problemlərin qanunvericilik çərşivəsində həlli istiqamətində birgə fəaliyyətin göstərilməsi barədə razılığa gəldilər.
Qeyd edək ki, Azərbaycan Pərəkəndə Geyim İdxalçıları Assosiyasiyası (AFRA) aktiv fəaliyyətə 2022-ci ilin mart ayından başlayıb. Hazırda Assosiasiyanın 93 brend və 249 mağaza ilə təmsil olunan 33 üzvu var.