EventsFashionFrame LifeTəqdimat

AFW EKOLOJİ TƏMİZ MODAYA DƏSTƏK OLARAQ MÜSABİQƏ KEÇİRİR

Azerbaijan Fashion Week 16-cı yaz-yay mövsümü çərçivəsində “Up-Cycle Jeans” adlı ekoloji təmiz modaya istiqamətlənən müsabiqə keçiriləcək. Konseptə uyğun olaraq tədbir “Qala” Dövlət Tarixi-Etnoqrafiya Qoruğunun ərazisində yerləşən “Tullantıdan sənətə” muzeyində baş tutacaq. Müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyin nəzdində çalışan Mədəni və yaradıcı sənayelərin inkişaf mərkəzinin dəstəyi ilə keçirilir.

“Up-Cycle Jeans” finalına yüksələn gənc dizaynerlər müsabiqənin şərtlərinə uyğun olaraq təkrar emal olunmuş cins, plastik, metal və digər materiallardan hazırlanmış məhsulları münsiflər heyətinə təqdim edəcək. Hər bir iştirakçı tərəfindən kişi və qadın geyim modelləri təqdim ediləcək. Qaliblərə qiymətli hədiyyələr təqdim olunacaq.

İşlərin qiymətləndirilməsində moda sənayesinin mütəxəssisləri – modelyer -dizayner Zemfira Cəfər, New Couture (Paris) B2B sərgi salonunun təsisçiləri Devid Pirnia və Nadejda Kozhevnikova, Aleksey Çjen – “New Generation – Open way.Kazakhstan” müsabiqəsinin təsisçisi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin nümayəndəsi Ceyla Məmmədova, qazax dizayneri Leonid Jerebtsov, Tajikistan Fashion Week təsisçisi Toxar İbrahimov, “Fashion Academy” təsisçisi Manzar Zəkizadə, Azərbaycan estradasının ulduzu, AFW-nin 16-cı mövsümünün rəsmi siması Rilaya Hüseynzadə və qazaxıstanlı moda prodüseri, KFW və AFW-nin təsisçisi, həmçinin “Fashion Coverking” yaradıcılıq məkanının yaradıcısı Sayat Dosıbayev iştirak edir.

Qeyd edək ki, 16-cı mövsüm çərçivəsində həmçinin yerli və xarici dizaynerlərin kolleksiyalarının parlaq nümayişləri keçiriləcək. Mayın 16-da The Ritz-Carlton, mayın 17-də isə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda müxtəlif ölkələrin milli motivləri dizaynerlər tərəfindən müasir interpretasiyada nümayiş etdiriləcək.

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!