IqtisadiyyatTurizmTəqdimat

Aİ və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafı üzrə təlimçilər hazırlayır

Avropa İttifaqı (Aİ) və BMTİP Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək məqsədilə iki həftəlik “Təlimçilərin təlimi” proqramına başlayıb.

Proqram Aİ tərəfindən maliyyələşdirilən vətəndaş cəmiyyəti təşkilatları ilə iş layihəsi çərçivəsində təşkil edilir. İntensiv təlim proqramı sosial sahibkarlıq istiqamətində 7 milli ekspert hazırlamaq məqsədi daşıyır. Bu ekspertlər, daha sonra sözügedən proqramdan əldə etdikləri bilik və bacarıqları öz iş fəaliyyətlərini sosial biznes modelinə yönəltməkdə maraqlı olan 40 vətəndaş cəmiyyəti təşkilatı, sosial sahibkarlar və gənclər qrupları ilə paylaşacaq. 

Peşəkar təlimçilər sahə üzrə beynəlxalq və yerli ekspertlərin dərslərində iştirak edərək sosial sahibkarlıq sahəsində bacarıqlarını artırmaq imkanı əldə edirlər. Təlim proqramı 9 modulu əhatə edir və iştirakçılara müxtəlif sosial biznes tərifləri və terminlərini anlamağa, sosial sahibkarların ehtiyaclarını və imkanlarını qiymətləndirməyə, o cümlədən sosial sahibkarlara mentorluq etməyə və ümumilikdə, ekosistemi başa düşməyə kömək edir. Proqram həmçinin ideyanın yaradılması, biznes dizaynı və planlaması, satış və marketinq, kommunikasiya, eləcə də biznes ideyalarının təqdimatı üçün effektiv alətlər təqdim edir. Proqramın sonunda iştirakçılar qazandıqları yeni bacarıq və səriştələri qiymətləndirmək üçün test imtahanından keçəcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!