TəhsilTəqdimat

Aİİ beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) Türkiyənin İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) baş direktoru Xalid Ərən ziyarət edib.

Aİİ rektoru Ceyhun Məmmədov Mərkəzin rəhbəri Xalid Ərəni institutda görməkdən məmnun olduğunu, bu ziyarətin iki qurum arasında qarşılıqlı əlaqələrin inkişafına təkan verəcəyini vurğulayıb. Rektor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla davam etdirir. C. Məmmədov Aİİ haqqında ümumi məlumat verərək, İnstitutun əsas vəzifəsinin Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşə malik mütəxəssislərin hazırlanması olduğunu qeyd edib.

İRSİKA-nın baş direktoru X.Ərən Aİİ-nin yaradılmasını Azərbaycanda dini təhsil sahəsində atılmış vacib bir addım kimi dəyərləndirib. X.Ərən təmsil etdiyi Mərkəzin İlahiyyat İnstitutu ilə əməkdaşlığa hazır olduğunu, beynəlxalq konfransların, seminarların təşkili, tədqiqatların birgə aparılmasının mümkünlüyünü qeyd edib.Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən X.Ərən İnstituta işlərində uğurlar arzulayıb və qarşılıqlı əlaqələrin təşkili istiqamətində mümkün olan bütün addımların atılacağını bildirib.

Sonda qonaq İnstitutun kitabxanası ilə tanış olub. Rektor kitabxanada İslam tarixinə, ədəbiyyatına və mədəniyyətinə aid olmaqla, Azərbaycan, türk və ərəb dillərində 13000-dən artıq kitabın saxlanıldığını bildirib.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!