Site icon Frame.az

Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradılıb

Assosiasiya Azərbaycan aşpazlarının uğurlu keçirilmiş çempionatından sonra yeni bir təşkilat yaratmaq ideyasına gələn bir qrup gənc mətbəx mütəxəssislərinin təşəbbüsü ilə yaradılıb.

Assosiasiyasının  təsisçiləri aşpaz Orxan Muxtarov, Araz Əhmədov, Sərxan Məmmədov və blogger Fərhad Aşurbəyli, Orxan Muxtarov isə təşkilatın sədri seçilib.

Muxtarov Orxan – 1984-cü ildə anadan olub. 11-ci professional peşə məktəbini bitirib. 15 yaşında professional fəaliyyətinə Yeni Inturist otelində başlayıb. Artıq 6 ildən sonra AZZA restoranlar şəbəkəsində Şef oldu. 2009-cu ildə Bakının ən məşhur yerlərindən biri olan Face Club-ı işə saldı. 2013-cü ildə Fairmont oteldə su-şef, 2017-ci ildə isə Boulevard Hotel Auphtograph Collection-ın rəhbəri təyin edildi və Azərbaycanda  beynəlxalq otelə rəhbərlik edən ilk azərbaycanlı oldu. Professional karyerası zamanı Hilton,  Hyatt, Holiday İnn və s. kimi məşhur otellərdə işləyib və praktika yığıb. Beynəlxalq müsabiqələrdə dəfələrlə iştirak edib və orada bir çox kubok və medal qazanıb. Bunlar arasında One World Cup-u  xüsusilə qeyd etmək lazımdır. Makedoniya Kulinariya Assosiasiyasının və Qərbi Ukraynanın fəxri üzvüdür, Serbiya və Çernoqoriya Assosiasiyasının üzvüdür

Birliyin təsisçilərindən biri Fərhad Aşurbəylinin bizə söylədiyinə görə,birliyin yaradılmasında əsas məqsəd: Azərbaycan qastronomiyasının gələcək inkişafı üçün bazarı birləşdirmək idi.  Assosiasiyanın hədəfləri arasında yalnız peşənin inkişafı və ölkənin aşpaz və qənnadçılarına dəstək olmaq deyil, həm də qastronomik turizmin inkişafı və milli mətbəxin dünya platformalarında tanıdılması da var.

Sitat: Biz (gənc kulinarlar) «Chefs.az onlayn platforması ətrafında cəmi nir il səylərimizi cəmləşdirməyə başlamağımıza baxmayaraq, bu müddət ərzində çox iş görmüşük.

2018-ci ilin avqust ayında aşpazlar qurultayınıvə 2019-cu ilin may ayında ölkənin kulinariya sənayesi tarixində bəlkə də ən əlamətdar hadisəolan AzərbaycanAşpazlarının Birinci Çempionatını keçirdik.

Bu çempionatda yalnız digər ölkələrin kulinariya təşkilatlarının rəhbərləri deyil, həm də Ümumdünya Kulinariya Təşkilatı (WACS) rəhbərliyinin nümayəndələri, A kateqoriyalı hakimlər iştirak etdilər.

Nümayəndələrimiz Monteneqroda keçirilən Ümumdünya Kulinariya Təşkilatı tərəfindən təsdiq edilmiş hakimlərin hazırlanması ilə bağlı seminarda iştirak etmişlər və imtahanı uğurlu verilməsi ilə Azərbaycan Dünya Kulinariya Təşkilatında daha da geniş təmsil olunacaqdır.

İstəyimiz odur ki, Assosiasiyamız aşpazlara dəstək olsun, işəgötürənlə bağlı problemlərdə onlara kömək etsin, hüquqi dəstək və məsləhət mərkəzi olsun

Təbii ki, işəgötürənlər üçün də müxtəlif proqramlar hazırlayırıq, bunun sayəsində işçilərlə bağlı problemlər və ya mətbəxlə əlaqəli bəzi gözlənilməz hallar zamanı zərər verə biləcəkləri təqdirdə özlərini qorunmuş hiss etsinlər.

2019-cu ilin oktyabr ayından həm fiziki, həm də hüquqi şəxslərdən üzv olmaq üçün müraciət qəbuluna başlayacağıq.»

Frame.az

Exit mobile version