SağlamlıqSosialTəqdimat

Akademik Zərifə Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi rayon icra hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, Milli Məclisin deputatı Kamaləddin Qafarov, TƏBİB aparatının məsul şəxsləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, Binəqədi rayonunda fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.

TƏBİB-dən Frame.az-a bildirilib ki, tədbir iştirakçıları ilk olaraq Zərifə xanımın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzüb, onun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında davam edib, ilk olaraq Zərifə Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxış keçirilib, onun haqqında hazırlanmış sənədli film izlənilib.

Açılış nitqi ilə çıxış edən Vüsar İsmayılov Zərifə xanım Əliyevanın peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. V.İsmayılov həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq-alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırıb.

Çıxış edən Vüqar Qurbanov bildirib ki, ölkədə regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən, gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektiv müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq istiqamətində Zərifə xanım Əliyevanın fəaliyyəti danılmazdır. Onun effektiv mübarizə üsulları təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyır.

Kəmaləddin Qafarov çıxışında Zərifə xanım Əliyevanı Azərbaycan xalqının sərvəti kimi səciyyələndirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını qeyd edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!