Almaniya çempionatı- təhlil

İkinci turun açılış matçında “Hamburq” gözlənilmədən Köln’ü səfərdə məğlub edərək, ardıcıl 2-ci qələbəsini qazanıb. Şənbə gününün matçlarında sürpriz qeydə alınmayıb. “Borussia Dortmund” doğma meydanda Herta’ya 2:0 hesabı ilə qalib gəlib.

Son illərin dəyişilməz çempionu “Bavariya” Bremen səfərindən 3 xalla qayıdıb. Debütant “Ştutqart” fanatlarına ilk qələbə sevincini yaşadıb. Şvabiyalılar “Maynts” komandasını Badştuber’in qoluyla yenib. Təcrübəli müdafiəçinin Bundesliqada son 8 ildə ilk dəfə qol vurduğunu da qeyd edək.

“Volfsburq” çətin Frankfurt səfərində Didavi’nin qoluyla qalib gələrək mövsümdə ilk qələbəsini qazanıb. “Leyptsiq” öz meydanında çətinlik çəkmədən “Frayburq” komandasına qalib gəlib 4:1. Auqsburq – Borussia Münhenqladbax görüşü 2:2 hesabı ilə heç-heçə başa çatıb. Öz meydanında “Şalke” komandasını qəbul edən “Hannover” 1:0 hesabı ilə qələbə qazanıb.
Köln – Hamburq 1:3
Borussia Dortmund – Herta 2:0
Verder – Bavariya 0:2
Leypziq – Frayburq 4:1
Hannover – Şalke 1:0
Auqsburq – Borussia Münhenqladbax 2:2
Bayer – Hoffenhaym 2:2
Ayntraxt – Volfsburq 0:1
Ştutqart – Maynts 1:0

PƏRVİN BAYRAMOV

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: