IdmanTəqdimat

AMADA “Zəfərin övladları” adlı tədbir təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oktyabrın 31-də şəhid və qazi ailələri üçün “Zəfərin övladları” adlı tədbir keçirib.

Zəfər Gününə həsr olunmuş, sağlam həyat tərzi və idmanın təbliği məqsədi ilə keçirilən tədbirdə təxminən 40 şəhid və qazi ailəsi, onların övladları, AMADA-nın rəhbərliyi və məşhur idmançılar iştirak ediblər.

Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, Zəfər Gününü şəhid və qazi ailələri ilə birlikdə qeyd etmək böyük şərəfdir. Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində Azərbaycan çox böyük bir Qələbə qazanıb.

Daha sonra AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri İlham Zəkiyev çıxış edib. O, da Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, AMADA-nın bu təşəbbüsünü alqışlayıb. İ.Zəkiyev uşaqların və yeniyetmələrin sağlam həyat tərzinə təşviq edilməsi üçün məşhur idmançıların da üzərinə yük düşdüyünü, belə görüşlərin tez-tez təşkil olunmasının vacibliyini bildirib.

Digər çıxış edənlər Zəfər Günü münasibətilə təbriklərini çatdırıb və bu əlamətdar günü birlikdə qeyd etməyin sevincini bölüşüblər.

Tədbirdə idmançılar uşaqlarla şəkillər çəkdirib, onlara imzalı xatirə hədiyyələri təqdim ediblər. Həmçinin AMADA rəhbərliyi və idmançılar şəhid və qazi ailələrinin üzvləri ilə birlikdə ziyafətdə iştirak ediblər. Sonda isə uşaqlar üçün maraqlı və əyləncəli oyunlar təşkil olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!