“AmCham Azərbaycan” Əqli Mülkiyyət Hüquqlarının müdafiəsinə hörmətlə yanaşır
Əqli Mülkiyyət Hüquqlarının (ƏMH) qorunması Azərbaycan iqtisadiyyatı və onun sonrakı inkişafı üçün olduqca əhəmiyyətlidir. ƏMH-ın qorunma səviyyəsi ölkənin iqtisadiyyatı və biznes investisiya mühitinin qiymətləndirilməsi üçün əsas göstəricilərindən biridir. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və onun üzv şirkətləri ƏHM-ə hörmət etməyi və onu qorumağı, həmçinin, Azərbaycanda ƏMH-ın qorunması və tətbiqinin yaxşılaşdırılması üçün öhdəlik götürürlər.
Bu gün informasiya texnologiyalarının inkişafı əqli mülkiyyətin qorunması prinsiplərinin yeni nəzərdən keçirilməsini tələb edir. Əqli mülkiyyətin kütləsi artdıqca, mütənasib olaraq müəlliflik hüququ sahiblərinin maraqlarının pozulması ehtimalları da artır. Texnoloji inqilabın yeni bir mərhələsinə qədəm qoyarkən, ölkələr innovasiyaları inkişafın əsas aparıcısı kimi dəyərləndirir və bu çərçivədə ƏMH-ın qorunması texnologiya mütəxəssislərinin yeniliklərini və yaratma həvəslərini müdafiə edir.
AmCham ƏMH-ın ciddi qorunmasını təmin etmək məqsədi ilə bütün müəssisələrin hüquqlarının qanunla qorunması və biznes və innovasiya üçün arzuolunan mühitin yaradılması istiqamətində dövlət və özəl qurumlar tərəfindən həyata keçirilən bütün təşəbbüsləri dəstəkləyir. AmCham hazırladığı Ağ Sənədlərdə də ƏMH-ın müdafiəsinin rəqabətli bazar iqtisadiyyatının qurulması üçün əsas olduğunu qəbul edərək, ƏMH pozuntuları və kontrafakt halları ilə mübarizə mövzusunda tövsiyələrini də ardıcıl olaraq təqdim edib. AmCham Azərbaycan hökuməti və digər maraqlı tərəflər ilə Azərbaycanda ƏMH-ın qorunmasının təmin edilməsində əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bildirir.
Frame.az