IqtisadiyyatTəqdimatƏn SonƏn Son

AmCham koronavirusla mübarizəyə dəstək verir

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsinə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) da qoşulub. Belə ki, AmCham Direktorlar Şurasının bu məqsədlə qəbul etdiyi 25 Mart 2020-ci il tarixli qərarına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait ianə edilmişdir.

AmCham COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bütün tədbirləri dəstəkləyir. Əlavə olaraq, COVID-19 pandemiyasının, eləcə də qlobal enerji və səhm bazarlarında baş verən böhranın Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyinə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı AmChamın tərkibində fəaliyyət göstərən sahəvikomitələr tərəfindən təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim edilmişdir.

Qeyd edək ki, AmCham xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!