IqtisadiyyatSosialTəqdimatƏn SonƏn Son

AMCHAM Vətən Müharibəsi qaziləri, şəhid və qazi övladları üçün seminar keçirib

19 noyabr 2021-ci il tarixində “Peşəkar İnkişaf və Karyera Hazırlığı” layihəsinin ikinci mərhələsi çərçivəsində 44 günlük Vətən Müharibəsi qaziləri, şəhid və qazi övladları üçün “Karyera planlaması və iş dünyasına giriş” mövzusunda seminar keçirilib. SeminardaJA Azərbaycan tərəfindən məlumatlandırıcı təqdimat və praktiki tapşırıqlar, eləcə də AmCham üzv şirkətlərinin müxtəlif iş sahələrini təmsil edən təcrübəli peşəkar və rəhbər şəxsləri ilə mentorluq sessiyası təşkil olunub.

Seminarın qonaq mentorları qismində Ekvita şirkətinin təsisçisi və direktoru İlqar Mehti, PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev, “MOL Group” şirkətinin Azərbaycanda ölkə üzrə meneceri cənab Bəxtiyar Axundov, PMD Projects” MMC-nin sədri Nəriman Topçubaşov, və SOCAR Midstream şirkətinin HR İdarəetimə meneceri Fazilə Əsgərova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AmCham Azərbaycanın İcraçı Direktoru Gülnarə Aslanbəyli və Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyinin (JA Azərbaycan) İcraçı Direktoru Sevinc Məmmədova layihə iştirakçılarını salamlayaraq seminara qısa ön söz verdilər.

Seminarın birinci hissəsində layihə iştirakçıları komanda işində, yumşaq bacarıqların inkişafı tapşırıqlarında, eləcə də peşəkar inkişaf və karyera planlaşdırılması üzrə interaktiv tapşırıqlarda fəal iştirak ediblər.
Daha sonra, AmCham üzv şirkətlərinin müxtəlif iş sahələrini təmsil edən təcrübəli peşəkar və rəhbərlərinin iştirakı ilə mentorluq sessiyası baş tutub. Sessiya zamanı qonaq mentorlar öz peşəkar karyera hekayələri ilə bölüşüblər və gənc iştirakçılara karyera istiqamətləri barədə məsləhətlər veriblər.

Sonda iştirakçılar layihənin təşkilatçılarına və mentor spikerlara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, “Peşəkar İnkişaf və Karyera Hazırlığı” layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan), Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi (JA Azərbaycan) və “Azercell Telekom” MMC-nin birgə tərəfdaşlığı ilə təşkil olunub.

Layihənin məqsədi 44 günlük Vətən Müharibəsi qazilərinin, şəhid və qazi övladlarının şəxsi bacarıqlarının inkişaf etdirilməsi, onların iş dünyası ilə yaxından tanışlığı və maraqlarının müəyyən edilərək uyğun karyera seçimində onlara bələdçilik göstərilməsidir.

Bu istiqamətdə ilkin olaraq layihə iştirakçıları Celt Colleges tədris mərkəzi və JA Azərbaycanın peşəkarları tərəfindən ZOOM platforması üzərindən onlayn şəkildə təşkil olunmuş ingilis dili və kompüter kurslarına cəlb olunublar. Təlimlərin onlayn təşkilini dəstəkləmək üçün AmCham üzvləri tərəfindən hər bir iştirakçıya kompüter ayrılıb. Həmçinin sosial təşəbbüsün rəqəmsal tərəfdaşı olan Azercell layihə boyunca iştirakçıları yüksəksürətli mobil internet xidmətləri ilə təmin edəcəkdir. Belə ki, lider mobil operator tərəfindən iştirakçılara datakart paylanılıb və 6 ay ərzində mobil internet paketi təqdim edilib.

Ümumilikdə, layihədə Bakı, Sumqayıt şəhərlərindən və Goranboy regionundan 16 yaşdan yuxarı 25 gənc iştirak edir.

Qeyd edək ki, layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar AmCham-a üzv olan şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!