QalereyaŞəkillərTəqdimat

Amerikalı rəssam Şeyn Quffoqqun Bakıda Beynəlxalq rəsm sərgisi açılıb-FOTO-lar

Fevralın 21-də Muzey Mərkəzində Amerikalı rəssam Şeyn Quffoqqun Beynəlxalq rəsm sərgisi açılıb.

Şeyn Quffoqq (Shane Guffogg) ən çox tələb olunan amerika rəssamlarından biridir. Onun yaradıcılığının pərəstişkarları və əsərlərinin kolleksionerləri: ABŞ-ın eks-prezidenti Bill Klinton və senator Hillari Klinton, Dastin Hoffman, Meq Rayan, Ed Harris, Şon Vilyam Skott və başqa dünyaca məşhur siyasi xadimlər, kino və şou-biznes nümayəndələridir.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və Qeyri Hökumət Təşkilatı (QHT) “Arts Council Azerbaijan”-ın dəstəyi ilə keçirilir. 2017- ci il, 6 aprel taxinədək davam edəcəkdir. #GUFFOGG sərgisi çərçivəsində bir çox maarifləndirici və mədəni tədbirlər təşkil ediləcəkdir.
#GUFFOGG beynəlxalq layihəsinin təşkilatçısı Marika Parsadanelli beynəlxalq art-agentliyi və Paris Karpentye Art qalereyasıdır.
Rəssam Şeyn Quffoqqun eksklüziv agenti və prodüsseri: Pyerr Markand
Rəssam Şeyn Quffoqqun art-koordinatoru: Selia de Palma Sərginin ekspozisiyası iki hissəyə bölünmüşdür.Birinci hissədə rəssamın 2008–ci ilə qədər, başqa sözlə yaradıcılığının erkən dövrünə aid əsərləri nümayiş olunur. Hər bir iş əsərə daxili parıltı effekti verən 80 yarımşəffaf rəng qatından ibarətdir. İkinci hissədə Quffoqqun Leonardo da Vinçiyə həsr etdiyi əsərlər yer alır. Rəssam öz yaradıcılığını sözsüz poeziya adlandırır.
Sərgidə rəssam 73 rəsm əsəri və heykəl nümayiş edəcəkdir.
Şeyn Quffoqqun şəxsi və dövlət kolleksiyalarının siyahısı, o cümlədən, fərdi və kollektiv sərgiləri ilə rəssamın rəsmi vebsaytında tanış ola bilərsiniz:
shaneguffogg.com

Açılış tədbirindən fotoları sizə təqdim edirik. Fotolar Simon Peterə məxsusdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!