“Antalyaspor” Almaniya millisinin sabiq üzvü Lukas Podolskini heyətinə qatıb
Futbol üzrə Almaniya milli komandasının sabiq hücumçusu Lukas Podolski karyerasını Türkiyənin “Antalyaspor” klubunda davam etdirəcək.
Frame.az xəbər verir ki, 33 yaşlı almaniyalı hücumçu ilə Antalya təmsilçisi 2021-ci ilin sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Podolski 2015-2017-ci illərdə “Qalatasaray” klubunda forma geyinib. “Köln”ün yetirməsi olan futbolçu “Bavariya”,(Almaniya) “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) kimi klublarda da çıxış edib. Podolski Almaniya yığmasında keçirdiyi 130 oyunda 49 qol vurub.