FinansIqtisadiyyatTurizmTəqdimat

Apple Pay artıq Unibank və Leobank kart sahibləri üçün əlçatan olur

iPhone və Apple Watchilə ödənişin daha təhlükəsiz, əmin və məxfi yolu

Bu gündən etibarən Unibank və Leobankkart sahibləri Apple Pay vasitəsilə ödəmələri daha təhlükəsiz, əmin və məxfi şəkildə edə bilərlər. Apple Payistifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pulu əldən-ələötürmədən ödəniş etməkimkanını qazanırlar. Hər bir əməliyyatın təhlükəsizliyi iPhone-un innovativ texnologiyaları ilə təmin olunur.

Ödənişi həyata keçirmək üçün müştəri sadəcə iPhone telefonunu və ya Apple Watch saatını ödəniş terminalına yaxınlaşdırmalıdır. Apple Payvasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir və bundan əlavə, bütün əməliyyatlardaunikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Apple Payilə siz market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödəmələr edə bilərsiniz.

Eyni zamandamüştərilər Apple Payvasitəsilə iPhone, iPad və Mac cihazlarına yüklənmiş tətbiqlərdə və ya Safari internet brauzerlərində açılmış saytlarda rahat və sürətli alış-veriş edə bilərlər, çünkiartıq qeydiyyatdan keçməyə və qəliz formaları doldurmağa lüzum qalmır. Apple Payilə yemək və ərzaq çatdırılmasını, onlayn alış-verişi, biletləri əldə etmək və digərödənişləri etmək çox rahatdır. Apple Pay həmçinin Apple Watch tətbiqlərindəki ödəmələr etmək üçün istifadə oluna bilər.

Təhlükəsizlik və məxfilik Apple Pay-in əsasında durur. Siz kredit və ya debit kartınızı Apple Pay-ə əlavə etdikdə kart nömrələrinə cihazınızda, nə də Appleserverlərində saxlanılmır. Əvəzində ona unikal cihaz qeydiyyat nömrəsi verilir, sonra o şifrələnir və cihazınızın yüksək sənaye standartlarına cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.

Apple Pay-i sazlamaq çox asandır. Sadəcə iPhone-da Wallet(“pul kisəsi”) tətbiqinə daxil olub, + (“üstəgəl”) işarəsini basıb oradakı təlimatlara əsasən Unibank və Leobankkredit və ya debit kartını əlavə etmək kifayətdir. Kart iPhone, Apple Watch, iPad və yaMac cihazına əlavə olunan andan müştəri həmin cihazda Apple Pay-dən istifadə edə bilər. Müştərilər“Unibank”ın və “Leobank”ın öz kart sahiblərinə verdiyi bonus və endirimlərdən faydalanmaqdadavam edir.

Apple Pay barədədaha ətraflıhttp://www.apple.com/apple-pay/saytında tanış ola bilərsiniz.

Unibank barədə daha ətraflı https://unibank.az/ saytında tanış ola bilərsiniz.

Leobank barədə daha ətraflı https://leobank.az/ saytında tanış ola bilərsiniz

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 29 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank- Sənin Bankın!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!