EventsIqtisadiyyatTəqdimat

AQTA və FAO arasında birgə maarifləndirici layihələr müzakirə olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakı ofisinin nümayəndələri arasında görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə “7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü” ilə əlaqədar əhalinin və ictimaiyyətin maarifləndirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.

“Qida təhlükəsizliyi hamının işidir” şüarı altında keçirilən tədbirlərlə əlaqədar birgə çap materialları, videoçarxların hazırlanması, kütləvi informasiya vasitələrinin nümayəndələri arasında təlimlərin keçirilməsi və PR layihələrin icrası ilə əlaqədar ilkin razılıq əldə olunub, əməkdaşlıq istiqamətləri və perspektivlərə dair fikir mübadiləsi aparılıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!