EventsQalereyaSərgiTəqdimatƏn Son

İçərişəhərdə növbəti sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq

3 iyun tarixində 19:00-da “Art Tower” qalereyasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin hesabat sərgisi keçiriləcəkdir.

Sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinın birgə təşkilatçılığı ilə gerçəkləşəcək. 2010-cu ildən fəaliyyət göstərən Art School məktəbi Arts Council Azerbaijan təshkilatının nəzrində gənc rəssamların inkişafı üçün yaradılıb.

Məktəbin rəhbəri Sona Quliyevadır.

Sərgidə Ülviyyə İsmaylovanın və Ruslan Kovalyovun gənc rəssam tələbələri Surayya Mammadli, Fatima Hasanova, Nazila Hasanova, Ayel Murshudlu, Mehdi Gasimzade, Huseyn Gasimzade, Neslihan Muradova, Salmanov Ibrahim, Salmanov Musa, Sadaf Hajiyeva, Nihad Jalilov, Israfil Gurbanzade, Ibrahim Gurbanzade, Inci Mehdi, Habiba Abdullazade, Ayla Mustafayeva, Amina Aliyeva, Selin Mirzayeva, Aylin Tariverdiyeva, Zahra Bagirzade, Farah Zeynalova, Kamilla Abbasova, Khadija Abbasova, Zeynab, Jamal Kazimbayli, Jahan Kazimbayli, Gurbanov Mahammad və başqalarının sənət əsərləri nümayiş olunacaqdır.

Sərgi 5 iyun tarixindən davam edəcək. Art Tower qalereyasının iş vaxtları hər gün saat 10:00-17:00. Istirahət günləri bazar və bazar ertəsi

Dəstək təşkilatlar: Hillside şərəbları, Aquavita, Crocus Sativus

Giriş sərbəstdir

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!