ASA Həyatın Yaşam Sığortası növündə edilmiş dəyişikliyi şərh etdi
Həyatın Yaşam Sığortası məhsulunda kredit xəttindən istifadədəki dəyişikliklə bağlı yaranan suallara cavab olaraq bildiririk ki, Həyatın Yaşam Sığortası ölkənin sığorta sektorunun ümumi inkişafına, iqtisadiyyatda uzunmüddətli yığım mənbələrinin formalaşmasına, bununla da əhalinin rifahının yüksəldilməsinə töhfəsini verməyə davam edir.
Bu məhsulun imkanlarının effektiv reallaşdırılması ilə əhalini uzunmüddətli yığıma daha fəal təşviq etmək, bununla da sektorun, eləcə də bu məhsulun istifadəçilərinin ölkə iqtisadiyyatı üçün vacib olan investisiya fəallığının genişləndirilməsi məqsədilə bazarın həyat sığortası iştirakçıları, 5 Həyat Sığortası şirkəti, Azərbaycan Sığortaçılar Assosiyasiyasının (ASA) tərkibində müzakirələr nəticəsində 01.09.2023-cü il tarixindən etibarən həyatın yaşam sığortası məhsuluna qoşulma zamanı kredit xəttindən istifadəni təklif etməyəcəklər.
Bu məhsul çərçivəsində kreditləşmənin ləğv olunmasının əsas məqsədi məhsulun yığım və sığorta xarakteristikalarının təkmilləşdirilməsi ilə sığorta olunanlarda uzunmüddətli yığım mədəniyyətinin artırılması, eyni zamanda məhsulun iqtisadiyyatda uzunmüddətli vəsaitlər generasiya edilməsində sektorun töhfəsinin artırılmasıdır.
Qeyd edək ki, bu şərt qeyd olunan tarixdən əvvəl yaradılmış müqavilələrə şamil edilmir. ASA bütün sığorta iştirakçıları ilə birlikdə sığorta bazarının inkişafı, eləcə də məhz həyat sığortasının insanlarımızın həyatına dəyər qatması istiqamətində fəaliyyətini daha da genişləndirəcəkdir.