TurizmTəhsilTəqdimat

ASA jurnalistlər arasında yazı müsabiqəsi elan edir

Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il 29 sentyabr tarixdə imzalanan “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı rəhbər tutaraq və bu Sərəncama əsasən müasir və müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə ölkədə silsilə tədbirlərin həyata keçirilməsini nəzərə alaraq jurnalistlər arasında yazı müsabiqəsi elan edir.

ASA-dan verilən məlumata görə, “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunan bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunur.
Qurumdan bildirilir ki, yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1500, 1000, 750 AZN məbləğində pul mükafatları və sertifikatlar, o cümlədən IV və V yerləri tutan jurnalistlərə isə həvəsləndirici mükafatlar təqdim olunacaq.

Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:

Müsabiqədə 17 mart 2023-cü il tarixdən 10 may 2023-cü il tarixədək olan zaman aralığında dərc olunmuş yazılar iştirak edəcək;

Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər;

Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir;

Müsabiqədə iştirak edən yazılara işarə limiti tətbiq olunmur;

Müsabiqə iştirakçısı müsabiqə üçün yazdığı məqalənin dərc olunduğu qəzet və ya jurnalın skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini ASA-nın rəsmi e-mail (office@asa.az) adresinə mövzu yerinə “Müsabiqə üçün” yazmaqla göndərməlidir;

Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə yuxarıda qeyd olunan məbləğlərdə pul mükafatları və sertifikatlar, o cümlədən IV və V yerləri tutan jurnalistlərə isə həvəsləndirici mükafatlar təqdim olunacaqdır;

Müsabiqə üçün təqdim olunmuş yazıların qiymətləndirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!