Frame LifeSosialTəqdimat

ASAN-ın “yaşlı könüllülər”i-foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi “Yaşlı könüllülər” layihəsinin həyata keçirilməsinə başlanılıb.
Frame.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə bildirilib ki, nazirliyin pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan pensiyaçıların bir qismi layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, layihənin məqsədi ASAN Könüllülük Məktəbi vasitəsilə yaşlıları təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə bildirib ki, yaşlı könüllülər bir ay ərzində “Könüllülüyün yaşı yoxdur” şüarı altında uşaqlar üçün ayrılmış oyun guşəsində balacaların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, vətəndaşlardan xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olacaqlar.

E.Niftəliyev qeyd edib ki, hələlik “Yaşlı könüllülər” layihəsi 2 və 5 saylı ASAN Xidmətmərkəzlərində icra olunur və gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!