EventsTəqdimat

ASAN könüllüləri üçün bankçılıq sahəsində təşkil olunmuş təlimlərin uğurlu yekunu

Azər Türk Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsində təşkil olunmuş təlimlərin uğurlu yekunu ilə əlaqədar hər iki qurumun nümayəndələrinin iştirakı ilə Azər Türk Bankın baş ofisində görüş keçirilmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri Azad Cəfərli öz çıxışında Azər Türk Bankın “ASAN School” könüllülük proqramının reallaşdırılmasında göstərdiyi təşəbbüsə və bu proqramın Master2 pilləsinin uğurla həyata keçirilməsində dəstəyinə görə minnətdarlığını bildirmişdir. Azer Turk Bankın baş direktoru Rəsul Hüseynov gələcəkdə də bu istiqamətdə əməkdaşlığın məmnuniyyətlə davam etdiriləciyini, Bankın bu xeyirxah missiyaya daim dəstək olmağa hazır olduğunu vurğulamışdır.

Tədbirdə ASAN School könüllülük proqramının rəhbəri, İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, İnsan resursları və təlim şöbəsinin əməkdaşı Əsli İbrahimli iştirak etmişlər. Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim edilmiş, ASAN School və Azər Türk Bankın əməkdaşlığı ilə “Master 2” proqramının regionlarda da keçirilməsi barədə fikir mübadiləsi olmuşdur.

#AzərTürkBank #ASAN#ASANSchool #ASANkönüllülər Azer Turk Bank 

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!