ASAN Qlobal Veb Forumun ilk günü 2 ardıcıl sessiya ilə davam edib
“Hökumətlər tərəfindən COVID -19-a qarşı görülən çevik tədbirlər” ASAN Qlobal Veb Forumun açılış sessiyasının ardından “Pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi” mövzusunda panel sessiya təşkil olunub.
Natiqlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Özbəkistanın Ədliyyə naziri Ruslanbek Davletov, Uqandanın Dövlət xidmətləri naziri Vilson Muruli Mukasa, İndoneziyanın İnzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa, İtaliya Respublikası Baş nazirinin Ofisi yanında Dövlət İdarəçiliyi üzrə Departamentin rəhbərinin müavini Mişel Palma, Birgə e-Hökumət və Açıq Data üzrə İnnovasiya Mərkəzinin İT üzrə rəhbəri Kristian Rup olublar.
Moderator isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UN DESA) dövlət xidmətləri innovasiyası bölməsinin rəhbəri Con-Mari Kauzya olub.
Sessiyada “Pandemiyanın dövlət xidmətləri üçün yaratdığı çətinlikləri necə aradan qaldırmaq olar?”, “Karantin tədbirləri və iqtisadi durğunluq şəraitində necə davranmaq lazımdır?” kimi suallara cavab tapmağa çalışılıb.
Natiqlər bu günlərdə yaşanılan problemləri, həmçinin səmərəli, etibarlı və müxtəlif ölkələrin vətəndaşlarına təklif etmək üçün replikasiya oluna bilən həll yollarını müzakirə ediblər.
Sonra “Pandemiya dövründə cəmiyyətin səfərbər edilməsi məqsədi ilə sosial innovasiyalar və smart həllər” mövzusunda panel sessiya təşkil olunub.
Bu sessiyanın natiqləri isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya İdarəsinin rəhbəri Ali Taha Koç, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG Africa) Baş katibi Jan Pyer Elonq Mbassi, Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənayesi nazirinin müavini Ablaixan Ospanov, Gürcüstan İnnovasiya və Texnologiya Agentliyinin sədr müavini Mariam Laşki, Estoniya Akselerasiya proqramının rəhbəri Mik Vainik olublar.
Moderator BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin (UN DESA) rəqəmsal hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro olub.
Sessiyada müvafiq istiqamətdə maraqlı, mürəkkəb və mütərəqqi həllər təqdim olunub.
Eyni zamanda real tətbiqi təcrübələr bölüşülüb və müzakirə edilib. Çox sayda maraqlı tərəfləri nəzərdə tutan və əhatə edən təhlilə, həmçinin vətəndaşyönümlü yanaşmalara xüsusi diqqət yetirilib.
#globalforum #publicservices #innovativeapproach #pandemic #smartsolutions #digitalapproach #egovernment #asanservice #globalforum2020 #webconference