IqtisadiyyatTəqdimatƏn SonƏn Son

“ASAN xidmət”in nümayəndə heyəti “TEKNOFEST”də  

“ASAN xidmət”in nümayəndə heyəti “TEKNOFEST”də

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Türkiyə Texnologiya Komandası” – T3 Fondunun dəvəti ilə Türkiyənin Adana şəhərində keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak edib.

 

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev nümayəndə heyəti ilə birlikdə festivalda finala yüksələn və ölkəmizi təmsil edən bütün komandalarla görüşüb, onları təbrik edib və uğurlar arzulayıb. O, komandaların göstərdikləri səyləri yüksək qiymətləndirərək yeni nailiyyətlər üçün əzmlə çalışmağı məsləhət görüb. Qaliblərə yeni zirvələrə çatmaları və beynəlxalq arenada Azərbaycanı uğurla təmsil etmələri üçün dəstəyini ifadə edib.

 

Festivalda Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Bilim Bakı” mərkəzi də stendi ilə çıxış edib.

 

“Bilim Bakı” Mərkəzi “TEKNOFEST”in Azərbaycandakı koordinatorudur. Belə ki, festivalda ölkəmizi təmsil edən universitet tələbələri, gənclər və şagirdlərdən ibarət komandalar müxtəlif mərhələlər üzrə hazırlıq prosesini bu mərkəzdə keçiblər. Mərkəz onlara texniki və nəzəri biliklərin artırılmasında dəstək göstərərək, startapların beynəlxalq səviyyədə rəqabətə hazırlaşmasına töhfə verib.

Mərkəzin stendində festivalı ziyarət edən qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib, 6-14 yaş arası uşaqlara astronomiya, kosmos və aviasiya mövzularında təlimlər keçirilib.

 

2018-ci ildən etibarən təşkil olunan “TEKNOFEST” innovasiya, startap və texnologiya sahəsində dünyanın ən qabaqcıl tədbirlərindən hesab olunur. Festivalın keçirilməsinin əsas məqsədlərindən biri gənclərin qeyd olunan sahələrə diqqətinin cəlb olunması və müvafiq istiqamətlər üzrə inkişafı təmin etməkdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!