EventsFinansIqtisadiyyatTurizmTəqdimat

Asiya İnkişaf Bankının Azərbaycanda texnologiya startaplarının ekosisteminə dair yeni nəşri dərc olunub

Asiya İnkişaf Bankının (AİB) yeni hesabatına əsasən, Azərbaycanın texnoloji startaplar üzrə ekosistemi daha da inkişaf etdirmək üçün böyük potensialı var. Bu potensialı reallaşdırmaq qurumlar arasında təkmilləşdirilmiş koordinasiya, hüquqi və tənzimləyici islahatlar, təhsilə qoyulan investisiyalar, habelə Bakıdan kənarda yeni startap mərkəzlərinə göstərilən dəstək vasitəsilə mümkündür.

Bu gün açıqlanan hesabata görə, ölkənin texnoloji startaplar üçün geniş dəstək mexanizmi var. Lakin bu sahədə inkişaf yavaş gedir. Həm də COVID-19 pandemiyası vəziyyəti daha da çətinləşdirib. Ölkədəki texnoloji startap mərkəzlərinin əksəriyyəti Bakıda yerləşsə də, araşdırmaya əsasən, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Kənd Təsərrüfatı Universiteti, Azərbaycan Texnologiya Universiteti və Şamaxı şəhərində innovasiya təşəbbüsləri paytaxtdan kənardakı inkişaf potensialından xəbər verir.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafı üzrə milli prioritetlərindən biri də 2015-ci ildə qəbul olunmuş Telekommunikasiya və İKT-nin İnkişafı üzrə Strateji Yol Xəritəsinə dəstək verərək rəqabətqabiliyyətli insan kapitalının və müasir innovasiyalar üçün şəraitin yaradılmasıdır.

AİB-nin iqtisadçısı, hesabatın aparıcı müəllifi Eymi Hampel-Milaqrosa əsasən “Mövcud olan bu əhatəli planlarla verilən dəstəyi kordinasiya etmək, Bakıdakı ekosistemi əsas təşviqedici maliyyə vəsaiti ilə təmin etmək, milli texnoloji mühiti təkmilləşdirmək və innovativ düşüncəni təşviq etmək məqsədilə Gəncə və Şamaxıdakı ekosistemlər üçün məqsədyönlü siyasət müəyyən etmək lazımdır”.

Hesabatda qeyd olunan tövsiyələrə əsasən, Azərbaycan bu sahədə fəallığını davam etdirmək üçün:
texnoloji startapları dəstəkləyən dövlət qurumları arasında səmərəliliyi artırmalı və koordinasiyanı yaxşılaşdırılmalı;
investisiya və vergitutma ilə bağlı hüquqi, habelə tənzimləyici boşluqları aradan qaldırmaqla vençur kapitalistləri üçün qəbul edilən risklər azaldılmalı;
həm Bakı, həm də digər regionlarda elm, texnologiya, mühəndislik və riyaziyyatın tədrisinə sərmayə qoyulmalı;
rəqəmsal infrastruktura investisiya olunması, dəstəkləyici proqram və siyasətlərin formalaşdırılması vasitəsilə ikinci dərəcəli şəhərlərin potensialından istifadə olunmalıdır.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) 500-ə yaxın elektron xidmət göstərir. İnnoland isə ölkənin əsas biznes inkubasiyası və inkişafı qurumudur. Hər iki qurum Azərbaycanın innovasiya və texnologiya sahəsində atdığı uğurlu addımlara nümunədir. Hesabata görə, hər ikisinin böyümə modelini tədqiq etmək Gəncə və Şamaxıda yeni yaranan ekosistemlərin formalaşdırma şəklinə dair təsəvvür yarada bilər.

AİB Asiya və Sakit okean regionunun firavan, inklüziv, adaptiv və dayanıqlı regiona çevrilməsinə nail olmaq, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini artırmaq məqsədinə sadiqdir. Bank 1966-cı ildə yaranıb və 49-u region ölkəsi olmaqla 68 üzv ölkədən ibarətdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!