IqtisadiyyatTəqdimat

“Atəşgah” Sığorta Qrupu iri miqyaslı konfransın rəsmi tərəfdaşı oldu

“Atəşgah” Sığorta Qrupu 20 iyun 2018-ci il tarixində “Azərbaycanda sığorta – yeni perspektivlər” mövzusunda işə başlayan konfransın rəsmi tərəfdaşlarından biridir. Konfrans “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyi və “XPRİMM” şirkətinin birgə təşkilatçılığı ilə keçirilir.
“Atəşgah” Sığorta Qrupu konfransda 5 nəfərdən ibarət nümayəndə heyəti ilə iştirak edir.
2 günlük konfransın proqramındasığorta bazarının cari vəziyyəti, sığorta xidmətlərinin rəqəmsallaşması məsələləri, müxtəlif sığorta növləri, həmçinin ASK sektorunda sığorta risklərinin inkişafı və digərmövzulara yer verilib.
Tədbir Azərbaycanda yerli bazarın inkişafı ilə yanaşı, biznes tərəfdaşlığının gücləndirilməsində maraqlı olan bütün vacib subyektləri bir araya gətirir. Konfransda Qafqaz regionunda sürətlə böyüyən sığorta bazarına təsir edən ən son tendensiyalarlabağlı müzakirələraparılır.
Tədbirin ikinci günündə “Yeni inkişaf lokomotivlərinin hazırlanması” mövzusunda xüsusi seminar təşkil ediləcək.
Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!