“Atəşgah” Sığorta Şirkəti birinci yarımildə zərər çəkmiş əmlaklara 192 000 AZN ödəniş edib
“Atəşgah” Sığorta Şirkəti son yarım il ərzində əmlak sığortası üzrə dəymiş zərərə görə 192 000 AZN ödəniş etmişdir. Hadisələrin böyük həcmi subasma hadisələrinə aiddir. Edilən ödənişlərdən ən böyük məbləğ olan 160 692 AZN yanğın hadisəsi zamanı zərər çəkmiş əmlaka aiddir. İkinci böyük məbləğ 14 850 AZN isə partlayış hadisəsi zamanı zərər çəkən əmlak sahibinə ödənib.
Bu ödənişin yanğın, öz-özünə alışma və elektrik naqillərində baş verən qısa qapanma səbəbindən zərər çəkmiş əmlaklara olan hissəsi 179 375 AZN, təbii fəlakət, torpaq sürüşməsi səbəbindən zərər çəkmiş əmlaklara aid olan hissəsi isə 3 413 AZN təşkil edir. Əlavə olaraq, qeyd etmək istərdik ki, “Atəşgah” Sığorta Şirkəti su, istilik, kanalizasiya kəmərlərinin qəzası, habelə, qonşu tikililərdən, mənzillərdən, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində zərər çəkmiş əmlaklara 9 212 AZN ödəniş etmişdir.
Yüksək etibarlılıq imicinə malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.