FinansIqtisadiyyatTəqdimatƏn SonƏn Son

“Atəşgah” Sığorta Şirkətinin 30 000 AZN-lik sığorta ödənişi!

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Şirkəti hər zaman müştərilərinə sərfəli sığorta təklifləri edərək, əhalinin hər təbəqəsinə uyğun sığorta haqqları və yüksək sığorta təminatları ödəməkdə davam edir.

“Atəşgah” SŞ-nin təklif etdiyi sığorta məhsulları sırasında “Peşə məsuliyyətinin sığortası” növü də mövcuddur ki, bu növ üzrə sığorta predmeti Sığortalının xidmətçiləri və ya işçiləri öz peşə borclarını yerinə yetirən zaman etdikləri səhv səbəbindən üçüncü şəxs qarşısında yaranan risk və maliyyə öhdəliklərinə görə Sığortalının daşıdığı mülki məsuliyyətidir.

“Peşə məsuliyyətinin sığortası” peşə borclarını yerinə yetirərkən fəaliyyətində yarana biləcək risklərdən özünü sığortalayan və mövcud olan istənilən peşə sahələri üçün nəzərdə tutulmuş sığorta növüdür. Bu peşə sahələrinə tikinti şirkətlərini, hüquq xidmətləri ilə məşğul olan şirkətləri,notariusları, bank xidmətləri ilə məşğul olan qurumları, konsaltinq və digər şirkətləri misal gətirmək olar.

Məhz bu sığorta növü üzrə “Atəşgah” SŞ yaxın günlərdə Notariusun əməkdaşının səhvi nəticəsində yaranan maliyyə öhdəliyinin bir hissəsini öz üzərinə götürərək Sığortalıya onun mülki məsuliyyət daşıdığı zərərin əvəzini 30 000 AZN təminatla ödəmişdir. Bununla da Şirkətin nüfuzunu daha da artırmış və yüksək xidmət nümaiş etdirərək müştərilərinin güvənini möhkəmlətmişdir.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!