“Atəşgah” Sığorta Şirkətinin yeni strateji dövründə atacağı addımlar – MÜSAHİBƏ
Bir müddət öncə yeni inkişaf strategiyasının hazırlanması haqqında məlumat yayan “Atəşgah” SŞ indiki dövrə olan vəziyyəti və gələcək planları haqqında Şirkətin İdarə Heyəti Sədrinin müavini Orxan Rzayev verdiyi müsahibədə söz açıb. Müsahibəni nəzərinizə çatdırırıq.
Orxan müəllim, ilk növbədə pandemiya səbəbindən ölkənin sığorta bazarında yaşanan dəyişikliklərdən danışaq. Bildiyimiz kimi, yeni yaşam tərzi iqtisadiyyatın müxtəlif sahələrinə mənfi və ya müsbət təsir göstərib. “Atəşgah” SŞ-nə bu dövr necə təsir etdi? Şirkətin 2021-ci ilə olan planları və hədəfləri haqqında danışardınız.
Ötən ildən bəri dünyanı öz cənginə alan koronavirus infeksiyasıhər birimizin davranış və düşüncəsinə təsir göstərib. Belə ki, pandemiyasəbəbi ilə gözlənilməz təhlükələrlə qarşılaşan insanlar sığortanın əhəmiyyətini daha da yaxşı anlamağa başlayıblar. 2020-ci il üzrə təqdim olunan ümumi göstəricilərə nəzər salsaq, Azərbaycanın sığorta bazarında artımın müşahidə olunduğunu görə bilərik. Təbii ki, bu göstəricilər arasında “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ-nin də payı kifayət qədərdir. Belə ki, ötən ilin aprel ayında müştərilər üçün yaradılan və sığorta bazarında unikal olan “Antikoronavirus” sığorta məhsulu əhalinin çətin dövrdə rastlaşa biləcəyi maddi sıxıntılarını nəzərə alaraq yaradılmışdı.Pandemiya səbəbi ilə üzləşdiyimiz qadağaları da nəzərə alaraq müştərilərin istənilən növ sığorta məhsullarından evdən çıxmadanyararlana bilmələri üçün onlayn satışların təkmilləşdirilməsi üzrə müəyyən addımlar atılmışdı. Qeyd etmək istərdim ki, hazırkı dövrdə əsas hədəfimizin gəlirliliyin artırılması və müştərilərə daha yüksək səviyyəli xidmətin göstərilməsi olduğundan, Şirkət olaraq informasiya texnologiyalarına etdiyimiz yatırımların həcmini artıraraq yeni biznes-həllərinin tətbiqinə davam edirik. Düşünürəm ki, bu həm Şirkətimizin daxili infrastrukturuna, həm də sığorta bazarında olan mövqeyinə müsbət təsir göstərəcək.
Onlayn satışlar Şirkətin yeni satış kanalıdır yoxsa biznes modeli?
Qeyd etmək istərdim ki, 2018-ci ildə Şirkətin rəhbərliyi tərəfindən təsdiqlənən üç illik inkişaf strategiyasının sonuncu ili məhz rəqəmsallaşdırma işlərinə həsr olunmuşdu. Bu dövr ərzində Şirkətimiz bir çox nailiyyətlər qazanaraq inkişaf strategiyasının sonuncu ilinə uğurla qədəm qoymuşdur. Onlayn satışların təkmilləşdirilməsi dəstrateji planımız çərçivəsində həyata keçirdiyimiz layihələrdən biridir. Ümumilikdə deyə bilərəm ki, onlayn satışlara tək biznes model kimi yox, həm də yeni həyat tərzimizin ayrılmaz hissəsi kimi baxmalıyıq.
Strategiya barəsində söz açdınız. Zəhmət olmasa bununla bağlı ətraflı məlumat verərdiniz. Şirkətin növbəti dövrə olan strateji planında nələr gözlənilir?
Qeyd etmək istərdim ki, “Atəşgah” SŞ 25 ildir ki, Azərbaycanın Maliyyə bazarında fəaliyyət göstərməklə maliyyə sektorunun inkişaf etdirilməsi üçün öz töhfələrini verir. Xatırlatmaq istərdim ki, strategiyamızın məqsədi üç il ərzində biznes göstəricilərini yaxşılaşdıraraq rəqəmsallaşdırma işlərinin aparılması, elektron satış kanallarının genişləndirilməsi, İT infrastrukturunun təkmilləşdirilməsi işlərinin aparılmasıdır. Deyə bilərəm ki, şirkətin yeni tərtib olunacaq strateji planında “Atəşgah” Sığorta Qrupu olaraq sığorta bazarında növbəti yeniliyə imza atacağıq. Şirkətin vizyonunu və Azərbaycan Respublikası Prezidentinin ölkəmizin sosial-iqtisadi inkişafına dair qəbul etdiyi Milli Prioritetləri əsas tutaraq 2022-2024-cü illər üzrə hazırlanan,ESG-transformasiya prinsiplərinin tətbiq olunduğu inkişaf planında əsas yer ekoloji, sosial və idarəetmə problemlərinin ətraf mühitə vurduğu mənfi təsirlərin yeni həllər vasitəsi ilə minimuma endirilməsinə ayrılacaqdır.
Sizcə, əhalinin sığorta bazarından gözləntiləri nədir və Şirkət olaraq bu tələbləri qarşılamaq üçün hansı addımların atılmasını planlaşdırırsınız?
Daha öncə qeyd etdiyim bütün amillər insanların daha əlçatan məhsul və xidmətlər axtarışında olmalarına şərait yaradır. Buna görə, sığorta bazarının da əhalinin tələblərinə uyğunlaşması şərtdir. Biz isə öz növbəmizdə bu tələbləri nəzərə alaraq bazara aktual,faydalı və uyğun qiymətli məhsullar çıxarmağa davam edirik.Həmçinin əhali arasında sığorta sahəsində maarifləndirmə işlərinin aparılması da bizim üçün prioritet məsələlərdən biridir.
Orxan müəllim, şirkət xaricində olan vəziyyətə aydınlıq gətirdik. Bəs “Atəşgah” SŞ-nin daxilində nələr baş verir? Son illər ərzində əməkdaşların Şirkət haqqında olan fikirləri və onların şirkətin inkişafında olan qatqısından danışardınız.
Pandemiyanın ilk günlərindən indiyədək əməkdaşlarımıza rəhbərlik olaraq hər zaman dayaq olmuşuq. Qeyd etmək istərdim ki, biznes üçün çox ağır bir dövrdən keçirik və bu müddət ərzində “Atəşgah” SQ olaraq iş yerlərini qoruyub saxlayaraq heç bir ixtisarlar aparmamışıq. Ümumiyyətlə bildirmək istərdim ki, biz hər bir əməkdaşın peşəkar fəaliyyəti ilə hər zaman yaxından maraqlanırıq və onlara şirkət daxilində inkişaf etmək üçün yeni imkanlar yaradırıq. Həmçinin, İkinci Qarabağ müharibəsində vətən borcunu yerinə yetirərək cəbhə bölgələrində olan əməkdaşlarımıza və onların ailələrinə xüsusi qayğı göstərmişik.
İnsan resursları idarəsi ilə birgə aparılan işlərin nəticəsi olaraq da onu deyə bilərəm ki, Şirkətimizdə əməkdaşlar üçün maksimal dərəcədə əlverişli iş şəraiti yaradır və onların peşəkar bilik və bacarıqlarını artırmaq üçün bir çox layihələri həyata keçiririk.