IqtisadiyyatTəqdimat

“Atəşgah” və “Atəşgah Həyat” Sığorta Şirkətlərinin maliyyə göstəriciləri açıqlanıb

Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin birinci rübü üçün maliyyə hesabatını təqdim edib. Beləki, şirkətlərin 2018-ci ilin yanvar-mart ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi21,5 milyon manattəşkil edib.

Belə ki, “Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk rübü ərzində sığorta haqlarının həcmi 8,4 mln. manat təşkil etməklə keçən ilin analoji dövrü ilə müqayisədə 16% artım nümayiş etdirilib. Sığorta ödənişlərinin həcmi isə4,5 milyon manattəşkil edib ki,bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.

“Atəşgah” SŞ -nin 2018-ci ilin birinci rübü ərzində ən çoxödəniş etdiyi sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği 2,7 mln.manat təşkil etmişdir. Qeyd edək ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 4% çoxdur.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin sığorta haqları isə 56% artaraq 13,1 mln.manattəşkil etmişdir.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!