IqtisadiyyatPR-TanıtımSağlamlıqTəqdimat

“AtaSığorta” ASC Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir

“AtaSığorta” ASC əhalinin Könüllü Tibbi Sığorta növündən əlverişli şərtlərlə istifadə etməsi üçün xüsusi “Ailə Paketi” məhsulunu təqdim edir. Sayı üç nəfərdən başlayaraq olan  ailələr tibbi sığorta proqramına qoşula bilərlər. “AtaSığorta” ASC müştərilər üçün məhsul üzrə  dörd çeşiddə proqramlar hazırlayıb, bunlar – “Optimal”, “Classic”, “Classic Plus”  və  “Prestige” proqramlarıdır. Paketlərin qiymətləri daxil edilən xidmətlərin sayından və sığortalanan şəxslərin sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. “Optimal” proqramının bir nəfər üçün illik qiyməti 160 manat, “Classic” proqramının bir nəfər üçün illik qiyməti 340 manat,  “Classic Plus” proqramının bir nəfər üçün illik qiyməti 440 manat, “Prestige” proqramının isə bir nəfər üçün illik qiyməti 580 manatdan başlayır.

“AtaSığorta”  ASC Tibbi Sığorta Departamentinin direktoru Rozaliya Sadıqova proqramla bağlı bildirir ki, sağlamlığın qayğısına qalmaq və vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək istəyənlər üçün bu proqramlar çox sərfəlidir. Sağlamlıq ən böyük nemətdir. Bu paketləri əldə edən şəxslər bir il ərzində Azərbaycanın 100-dən çox tibb müəssisəsində və apteklərdə  tibbi yardım və əczaçılıq xidmətindən yararlana biləcəklər. İstifadə olunacaq sığorta məbləği isə  proqramdan proqrama fərqlənərək 2 000-10 000 manat civarında dəyişir.  Qeyd edim ki,   klinikalar siyahısına Mərkəzi Klinik Xəstəxana, DGK Mərkəzi Hospitalı, Mərkəzi Neftçilər xəstəxanası, Dünyagöz Klinikası, Medikal Plaza, N.Tusi adına klinika və s.. Həmçinin 20-yə yaxın müxtəlif stomatoloji klinikalar, bunlar Mərkəzi Klinika (Stomatologiya), “32-Gözəl” klinikası, “Dental Club”, “Dental Studio”, “Only Dent” və s.. Apteklərin siyahısında isə “Dokta”, “Zeytun”, “Azərimed“ şirkətlərinin çoxsaylı əczaxanaları daxıldır. “AtaSığorta” ASC-nin Tibbi sığorta  proqramları haqqında ətraflı məlumat almaq və sığorta paketini əldə etmək istəyənlər (012) 596-59-11 nömrəsinə zəng vura bilərlər.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 milyon manata yaxın aktivlərə malik olmaqla 30 sığorta növü – 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!