“AtaTravel” Quba-Qusar-Şahdağ turu təşkil edir
“AtaTravel” MMC 26-27 yanvar 2019-cu il tarixlərində Qubar-Qusar-Şahdağ istirahət kompleksinə 2 günlük tur təklif edir. Bir nəfər üçün turun qiyməti 65 AZN təşkil edir.
Qiymətə nəqliyyat, 5 ulduzlu “Quba Şahdağ Hotel”-də 2 dəfə səhər yeməyi daxil olmaqla 1 gün qalmaq, oteldaxili Fitness və Spa xidmətləri, qapalı hovuzdan istifadə daxildir.
Tur rəhbərin bələdçiliyə iştirakçılar Çənlibel gölünə, Qəçrəş meşəliyiə, Qusar Sahdag Kompleksinə ekskursiya edəcəklər. 5 yaşa qədər uşaqların iştirakı pulsuzdur.
“AtaTravel” MMC-nin tur operatoru Rəvan Əhmədov bildir ki, şirkətimiz daim yerli və xarici qonaqlar üçün Azərbaycan daxilində sərfəli qiymətlərlə maraqlı turlar təqdim edir. Qonaqlar bu cür turlarlardan daim razı qalırlar.” Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 498-99-00 (daxili 120) nömrəli telefona və ya (050) 245 05 09 mobil telefonuna zəng vurmaq mümkündür.
“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta və viza ilə əlaqədar xidmətlərlər göstərir.
Frame.az