Atçılıq idmanı üzrə Bakı kuboku keçirilib
Bakı Cıdır Meydanında atçılıq idmanı üzrə Bakı kuboku keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) bildiriblər ki, yarışlar baş hakim İradə Heydərovanın rəhbərliyi ilə keçirilib.
BŞGİBİ-nin baş məsləhətçisi, paytaxtın atçılıq idmanı üzrə koordinator–kuratoru Salman Əbdülov, atçılıq idmanı məktəbinin direktoru Kərim Zamanov yarışda qalib gəlmiş idmançıları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.
Sonda yarışda ilk üç yeri tutmuş idmançılar müvafiq dərəcəli diplom, medallar və kubokla təltif olunub.
Frame.az